Xocalı faciəsinin anıldığı gün Vaşinqtonda ABŞ konqresmenləri Maykl Makmahon, Mark Şuster və Solomon Ortits bəyanatlarla çıxış ediblər.
Konqresdə Azərbaycan işçi qrupunun üzvü olan Nyu York ştatından konqresmen Maykl Makmahon bəyanatında Dağlıq Qarabağın Xocalı şəhərinin 1992-ci ildə erməni qüvvələri tərəfindən hücuma məruz qalması nəticəsində uşaqlar və qadınlar daxil olmaqla 613 nəfərin öldüyünü qeyd etmişdir. Konqresmen deyib ki, Xocalı indi erməni silahlı qüvvələrinin işğalı altındadır və burada Azərbaycan vətəndaşlarının kütləvi şəkildə ən böyük qırğını baş vermişdir.
Konqresmen Makmahon Nümayəndələr Palatasının spikeri Nensi Peloziyə müraciət edərək demişdir ki, onun bəyanatı uzun müddətdir məsələ ilə bağlı susan beynəlxalq ictimaiyyət tərəfindən atılan ilk addım ola bilər. “Konqres növbəti adımı atmalıdır və mən ümid edirəm ki, mənim həmkarlarım azərbaycanlılar Xocalı faciəsini andıqları zaman mənə qoşularaq, onlarla bir dayanacaq. Dünya bunu bilməli və yadda saxlamdalıdır.”-deyə Nyu York konqresmeni çıxışını bitirmişdir.
Konqresdə Azərbaycan işçi qrupunun həmsədri, Texas ştatından konqresmen Solomon Ortits çıxışı ilə qanunvericilərin diqqətini Xocalı faciəsinə çəkmək istədiyini demişdir. O, 1993-cü il noyabrın 29-da Newsweek jurnalında dərc olunmuş məqalədə ABŞ hökumət rəsmisinin açıqlamalarını qeyd etmişdir. “Biz onu görürük ki, onlar (ermənilər) öz yollarında hər bir şeyi sistematik olaraq dağıdırlar. Bu, vandalizmdir.” Konqresmen Otrits Ermənistanın Azərbaycanın 20 faizə yaxın torpaqlarının işğalını davam etdirdiyni və Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın olduğunu bildirmişdir. Solomon Ortits Azərbaycanın Birləşmiş Ştatların dünyanın olduqca mühüm bir regionunda güclü müttəfiqi olduğunu demiş və həmkarlarını Xocalı sakinlərinin başına gələn faicəni anmaq üçün ona və azərbaycanlı dostlara qoşulmağa çağırmışdır.
Azərbaycan işçi qrupunun həmsədri, Pensilvaniya ştatından konqresmen Bil Şuster öz çıxışında demişdir ki, seçkili rəsmilərin gücü az məlum olan və tanınmayan həqiqətlərin üzə çıxarılması imkanına malik olmalarıdır. Onun sözlərinə görə, faciənin üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, Azərbaycandan kənarda Xocalıya çox az diqqət verillir. Konqresmen Şuster Azərbaycanın Birləşmiş Ştatların güclü tərəfdaşı və dostu olduğunu demişdir. “Xocalı bəşəriyyətə qarşı cinayətdir və mən öz həmkalarımı bu faciənin anıldığı zaman azərbaycanlılarla bir dayanmaq üçün mənə qoşulmağa çağırıram.”-deyə Penilsvaniya konqresmeni çıxışını bitirmişdir.