Accessibility links

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilir


Azərbaycanda matəm günü qeyd edilir. Minlərlə insan, o cümlədən prezident İlham Əliyev, hökumət üzvləri, deputatlar, diplomatik nümayəndəliklərin rəhbərləri Şəhidlər xiyabanını ziyarət edib.
Ölkədə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, gəmilərin və parovozların fit səsləri sükuta dalmış şəhərə sanki bir kədər gətirib. Çünki, düz 20 il əvvəl, şəhidlər torpağa tapşırılanda da gəmi və parovozlar fasiləsiz fit verirdi.
1990-cı il yanvarın 20-də keçmiş Sovet ordusu SSRİ rəhbərlərinin əmri ilə Bakıda dinc insanlara qarşı qırğın həyata keçirib. Ancaq qırğının təşkilatçılarından bir nəfər belə indiyədək həbs edilməyib. Baş Prokuror Zakir Qaralov bildirib ki, Sovet imperiyasının hərbi maşını dinc əhaliyə qarşı misli görünməmiş cinayət törədib və 132 nəfər qətlə yetirilib, 612 nəfərin yaralanıb, minlərlə insanın qanunsuz həbs edilib.
Cənab Qaralov keçmiş SSRİ prokurorluğu hərbi cinayətlərdə iştirak etmiş hərbçilərlə bağlı istintaq materiallarının 68 cildini apardığını və indiyədək Azərbaycan tərəfinə təhvil vermədiyini deyib. Cinayətin digər təşkilatçıları isə hazırda axtarışdadır.
“Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov (Kommunist Partiyası Azərbaycan Mərkəzi Komitəsinin birinci katibləri olub) və Vaqif Hüseynov (Azərbaycan Təhlükəsizlik Komitəsinin keçmiş sədri) bu cinayətlərdə əlləri olduqlarına görə onlar haqqında cinayət məsuliyyətinə cəlb edilmələri haqqında qərar qəbul edilib”.
Son 20 ildə Azərbaycanın müstəqilliyi və suverenliyinin bərpası uğrunda minlərlə insan şəhid olub. Onlar sosial müdafiələrinin zəif müdafiəsindən narazıdır. Şəhid ailələrinə 75 manatdan 300 manatadək təqaüd verilir.

XS
SM
MD
LG