Accessibility links

Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)


Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Oqniyanova Amerikanın Səsinə müsahibədə Eynulla Fətullayevə 2009-cu il Beynəlxalq Mətbuat Azadlığı Mükafatının verilməsini şərh edib. Müsahibədə xanım Oqniyanova Eynulla Fətullayevin jurnalist kimi göstərdiyi cəsur fəaliyyətdən, JMK-nin jurnalistlə əməkaşlığından, onun azad edilməsi üçün göstərdiyi səylərdən və Azərbaycanda mətbuat azadlıqlarının ümumi durumundan söz açıb.

Beş jurnalist arasında Eynulla Fətullayevin yer almasını izah edən Nina Oqniyanova bildirdi ki, hələ həbs olunmazdan öncə azərbaycanlı jurnalist JMK ilə sıx əlaqə saxlayır və Azərbaycanda mətbuatın durumu barədə mütəmadi qaydada məlumatlar verirdi. Araşdırıcı jurnalist kimi Eynulla Fətullauyevin fəaliyyəti Azərbaycanda baş verən qanunsuzluqlara diqqəti yönəltmək üzərində cəmləşmişdi:

“Biz onu ona görə seçdik ki, o, cəsur azsyalı jurnalistlərdən birdiri ki, müstəqil jurnalizmin bariz nümunəsidir. O, istər hökumətdə, istər biznesdə, istərsə də cinayət dünyasında baş verən qeyri-qanuni əməlləri ifşa edirdi. O, araşdırcıı jurnalist idi, və susdurulana qədər bu işin öhdəsindən məharətlə gəlirdi.”

Eynullanın Azərbaycanda ən uzun müddətli həbs cəzasına məhkum edilmiş jurnalist olduğuynu söyləyən Nina Oqniyanova jurnalistə qarşı çoxsaylı saxta ittihamların irəli sürüldüyünü bildirdi. Bu saxta ittihamlar defamasiyadan tutmuş, ciddi səslənən terrorizmə qədər müxtəlif cinayət əməllərini əhatə edir. Halbuki Eynullanın əsl cinayəti öz əməkdaşı Elmar Hseynovun qətlini araşdırması idi. "Elmar Hüseynovun qətlini araşdırmaqla, Eynulla Fətullayev hökumətin görməli olduğu işi görürdü," deyə Oqniyanova bildirdi.

Eynulla və onun kimi Azərbaycanda həbs olunmuş başqa jurnalistlərin azadlığa buraxılmasına nail olmaq üçün JMK-nin göstərdiyi səylərdən söz açan Nina Oqniyanova təmsil etdiyi təşkilatın baş verən qanunsuzluqları işıqlandırmaqla repressiv hökumətləri ifşa etdiyini önə çəkdi. Bir neçə dəfə Azərbaycana səfər etdiyini və orada dövlət rəsmiləri ilə bu məsələni müzakirə etdiyini deyən hüquq müdafiəçisi əlavə etdi ki, dövlət nümayəndələri bu məsələdə qeyri səmimi mövqe nümayiş etdirməkdə davam edirlər. Lakin JMK jurnalistlərin başlarına gələnləri işıqlandırmaqla və onlara qarşı basqıları mütəmadi olaraq tənqid etməklə Azərbaycan hökumətinəı siqnal göndədirr ki, azad söz müdafiəçiləri Azrbaycanda jurnalistlərin başlarına gələnləri diqqətlə izləyir.

Azərbaycanda söz azadlıqlarının son bir neçə ildə kəskin gerilədiyini qeyd edən Nina Oqniyanova hakimiyət orqanlarının tez-tez həbs metoduna əl atdıqlarını vurğuladı. İndiyədək də Azərbaycanda defamasiyanın dekriminallaşdırılmadığını bildirən Oqniyanova rəsmi Bakının Avropa Şurasının və başqa Qərb qurumlarının çağırışlarını qulaq ardına vurduğunu söylədi. İndi isə Azərbaycan hökuməti artıq defamasiya ittihamlarını saxta terrorizm, xuliqanizm və narkomaniya maddələri ilə əvəzləməyə qərar verib. Onların sevimli metodu jurnalistləri provokasiyaya çəkərək qurama ittihamlar irıəli sürmək və sonradan provokasiya qurbanlarını uzun müddətli həbs cəzasına məhkum etməkdir. Həbslərlə yanaşı İlham Əliyev hökuməti Azərbaycanda azad informasiya mənbələrini susdurmaq istiqamətində də addımlar atır.

“Buna misal olaraq Amerikanın Səsi, Azadlıq Radiosu kimi beynəlxalq radiostansiyaların lisenziyalarının ləğvini qeyd etmək olar. Bunlar sıravi azərbaycanlılar üçün mühüm informasiya mənbələri idi. Lakin indi bu yayımları yalnız qısa dalğalarda dinləmək mümkündür ki, bu da stansiyalara olan çıxışı məhdudlaşdırır. Hökumətin bu addımı Azərbaycanda media məkanına ciddi zərbə idi.”

Nina Oqniyanovanın sözlərinə görə müstəqil mediaya qarşı aparılan ardıcıl kampnaiya nəticəsində Azərbaycan hökuməti elekrron informasiya vasitələri üzərində az qala inhisara nail olub.

XS
SM
MD
LG