Accessibility links

Ərdəbil zindanında yeni aclıq aksiyası


21 Fevral Ana dili günü nümayişindən iki gün öncə Ərdəbildə həbs olunan və o zamandan Ərdəbil Ettelaat idarəsinin təcridxanasında saxlanılan Ramin Sadeqi bazar günü şəhər həbsxanasının 1-ci bölümünə keçirilib.

Yalnız bundan sonra məhbusun 14 gündür ki, aclıq aksiyasında olduğu məlum olub. Ramin Sadiqinin ailəsi onun səhhətinin durumu ilə bağlı narahatlığını bildirib. Aclıq aksiyasının onun səhhətini daha da zəiflətdiyi bidlirilir.

Beynəlxalq Amnistiya təşkilatının Ana dili günü nümayişlərindən sonra yaydığı bəyanatda Ramin Sadiqinin İranda konstitusion hüquqların bərpasını tələb etmək üçün keçirilən etiraz aksiyaları ilə bağlı yalnız Ərdəbil şəhərində həbs olunan 20 nəfərdən biri olduğu bildirilirdi.

Ramin Sadiqinin həbs olunandan bəri ailəsi ilə görüşünə icazə verilməyib. Bu günlərdə həbsdən azad olunan digər ərdəbilli fəal Hüseyn Səbəbidən işgəncə altında Sadiqiə qarşı ifadə almaq cəhdlərinin olduğu bildirilir.

Ramin Sadiqiyə qarşı hansı ittihamın irəli sürüldüyü bəlli deyil, ona vəkillə görüş icazəsi də verilməyib.

Cənab Sadiqi ailəsinin yeganə qazanc mənbəyidir və ailəsinin olduqca ağır maliyyə durumunda olduğu bildirilir.

XS
SM
MD
LG