Accessibility links

ANS-in yayımı dayandırıldı


Azərbaycan Milli Teleradio Şurası (MTRŞ) ANS telekanalının lisenziyasını uzatmamaq haqqında qərar qəbul edib. Qərara əsasən, noyabrın 24-ü saat 15.00-da ANS TV və ANS ÇM radio kanallarının yayımı dayandırılıb. Bundan təqribən 20 dəqiqə sonra telekanalın yayımı aşağı keyfiyyətlə həyata keçirilib. Lakin sonra Baş prokurorluğun, DİN-nin, Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin əməkdaşları tərəfindən ANS telekanalının bütün yayım avadanlıqları möhürlənib. Bundan əlavə, telekompaniyanın peyk antenləri polis nəzarətinə verilib.

Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ANS-in lisenziyasının uzadılmaması ilə bağlı qərarı telekanalın yayım qaydalarını pozması və bu barədə Şuranın xəbərdarlıqlarına məhəl qoymaması ilə izah edib.

ANS telekanalı Milli Teleradio Şurasının kanalın yayımının və ANS ÇM radiostansiyasının translyasiyasının dayandırılması barədə qərarı ilə "razılaşmaması" barədə press-reliz yayıb. Telekompaniya məhkəmə qərarı olmadığı üçün MTRŞ-nin qərarını qanuna zidd sayır. ANS şuranın qərarının Azərbaycanın beynəlxalq imicinə ziyan vurduğunu bəyan edir və prezident İlham Əliyevin müdaxiləsinə və problemin ədalətli həllinə ümid etdiyini bildirir.

Birləşmiş Ştatlar və ATƏT ANS-in bağlanmasından narahatdırlar

Birləşmiş Ştatların Bakıdakı səfirliyi ANS telekanalının lisenziyasının uzadılmaması ilə bağlı qərardan məyus olduğunu bildirib. Səfirliyin bəyanatında deyilir ki, Azərbaycanın aparıcı müstəqil xəbər yayımçısının bağlanması media azadlığına ağır zərbədir. “Bu qərar Azərbaycan hökumətinin demokratik inkişaf və söz azadlığı barədə öhdəliklərinə sadiqliyini şübhə altına qoyur. Biz təkidlə bu qərarın media azadlığına xidmət edən bir şəkildə dəyişdirilməsinə çağırırıq,” deyə səfirlik bəyan edib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakıdakı ofisi də “Azərbaycanın ilk özəl TV və radio yayımçısı ANS-in bağlanması ilə bağlı təəccübünü və narahatlığını” bildirib. ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi qurumun beynəlxalq müşahidəçilər tərəfindən hər zaman ölkədə ən obyektiv televiziya və radio yayımçısı olaraq tanınan telekanalın bağlanmasından narahat olduğunu deyib. “Mən təəccüb edirəm, nəyə görə heç bir aydın səbəb olmadan qəbul edilən bu qərar dərhal qüvvəyə minməli idi?” deyə səfir Pavesi sual edib və məsələyə yenidən baxılması üçün bütün imkanların nəzərdən keçirilməsinə çağırıb.

Amerikanın səsi TV və Radio yayımını davam etdirir

Amerikanın səsinin Azərbaycanca xidmətinin televiziya yayımları və Azadlıq radiosunun radio verilişləri da ANS telekanalı vasitəsilə həyata keçirilirdi. ANS telekanının yayımının dayandırılması “Amerikanın səsi”nin Azərbaycan xidmətinin mütəmadiliyinə xələl gətirməyəcək. Azərbaycanda və ondan kənarda yaşayan tamaşaçılar “Amerikanın səsi”nin televiziya verilişlərini aşağıdakı peyk tezliklərində və vaxtda seyr edə bilərlər:

NEWSFLASH

Bazar ertəsi – Cümə 0530 – 0537 (Bakı vaxtı ilə)

Bazar ertəsi – Cümə 0537 - 0545( Bakı vaxtı ilə)

AMERIKA ICMALI

Şənbə - 0545 – 0600 (Bakı vaxtı ilə)

Şənbə - 0800 - 0815 ( Bakı vaxtı ilə)

PEYK TEZLİKLƏRİ

New Skies Satellite
703 57 deg. East
Transponder: 35 (Global beam)
D/L Freq: 4055 MHz
FEC: ½ rate
Symbol Rate: 26.0 MS/s
Network ID: 3
D/L Pol: RHC
Typical LO Freq: 5150 MHz
Typical L-band IF: 1095 MHz
Videl Format: PAL
Virtual Channel 340

Asiasat 2 Digital
100.5 Degrees East
Polarization: Horizontal
D/L Freq: 3880 Mhz
FEC ½ rate
Symbol Rate: 20.4 MS/s
PAL

HOTBIRD 3
13deg East Longitude
Polarization: Vertical
Transponder: 76 SCPC-D/L Center
Frequency: 12.226 gHz
Typical L-band frequency: 1476 mHz
FEC: 3/4
Symbol Rate: 27.5 mS/s
Network ID: 1, or 4
Virtual Channel: 340

Amerikanın səsinin radio verilişlərinə əvvəlki qaydada hər gecə Bakı vaxtilə saat 22:30-dan 23-ə, Təbriz vaxtı ilə saat 22-dən 22:30-dək 30.8, 24.9 metr qısa dalğalarda 7195, 7170 və 13725 kilohertz tezliklərdə qulaq asa bilərsiniz. Bakıdakı dinləyicilərimiz bizi Anten FM 101 dalğasında dinləyə bilər.

XS
SM
MD
LG