Accessibility links

Amnesty International azərbaycanlı fəalı vicdan məhbusu elan edə bilər


Son günlərdə Amnesty İnternational – Beynəlxalq Amnistiya təşkilatı İranda həbs olunan fəallarla bağlı bir neçə təcili tədbir çağırışı yayıb.

Avqustun 17-də yayılan informasiyada Beynəlxalq Amnistiya 31 yaşlı Oqtay adı altında da tanınan azərbaycanlı fəal Mehdi Babayi Əcəbşirin taleyindən narahatlığını bildirib.

Qeyd olunur ki, iyulun 11-də həbs olunan Mehdi Babayinin saxlanıldığı yer açıqlanmır. Ehtimallara görə, o ya Təbriz zindanında ya da Ettelaatın Təbrizdəki təcridxanasındadır. Amnestinin verdiyi məlumata görə, həbsə Mehdi Babayinin İranda yaşayan Azərbaycanlıların mədəni hüquqlarəını qoruması səbəb olub ki, bu da onu vicdan məhbusu kateqoriyasına aid edə bilər.

BA bildirir ki, Mehdi Babayiyə qarşı içşgəncələrin olması təhlükəsi mövcuddur. Mehdi Babayinin həbsindən öncə onun gizləndiyi yeri tapmaq üçün qardaşı Əli Babayinin həbs olunduğunu bildirən Beynəlxalq Amnistiya təşkilatı Mehdi Babayinin evindən kompüter və kitablarının müsadirə olunmasını da qeyd edir.

Beynəlxalq Amnistiya bildirir ki, öz hüquqları uğrunda mübarizə aparan azərbaycanlılara qarşı İran hökuməti repressiyalar tətbiq edir. May ayında İran qəzetində azərbaycanlıları təhqir edən karikaturalara cavab olaraq keçirilən etiraz aksiyalarında onlarla azərbaycanlının öldürüldüyü barədə xəbərlərin alındığı da bəyanatda qeyd olunur. Sənəddə o da bildirilir ki, polis aksiyalar zamanı ölümlərin olduğu faktını uzun zaman gizlətməyə çalışıb.

XS
SM
MD
LG