Accessibility links

Xameneyi Yaxın Şərq ölkələrini İsrail əleyhinə birləşməyə çağırıb


Fransa İsraillə Hizbullah arasında döyüşlər kəsilməyənə qədər beynəlxalq sülhməramlı qüvvələrin Livana göndərilməsinin düzgün olmadığını bildirib.

Fransız diplomatları bu həftə, Fransanın ehtimal olunan rəhbərliyi altında BMT-nin sülhməramlı qüvvələrin planlaşdırılmasına həsr olunmuş toplantılara qatılmayacaqlarını bildiriblər.

Diplomatlar sülhməramlıların bölgəyə yerləşdirilməsindən öncə atəşkəsin davamlılığını təmin edəcək münaqişənin siyasi nizamlanmasının da gərək olduğunu bildirib. ABŞ mavi dəbilqəlilərin atəşkəs élan olunan kimi bölgəyə yerləşdirilməsinin tərəfdarıdır.

Bu arada İranın dini lideri Ayətulla Əli Xamenei deyib ki, Hizbullah "vəhşi təcavüzə qarşı qəhrəmancasına müqavimət göstərir". O, Yaxın Şərq ölkələrini İsrail və onun havadarları ABŞ və Britaniya əleyhinə birləşməyə çağırıb.

XS
SM
MD
LG