Accessibility links

İsrail desantı Livanda reydlərini davam etdirir


İsrail rəsmiləri bir əsgərin dünən gecə Taybe kəndinin yaxınlığında ölkələrinin quru qüvvələrilə Hizbullah yaraqlıları arasında gedən vuruşmalarda həlak olduğunu bildirirlər.

İsrailin hərbi dəniz donanmasının əsgərləri isə Livanın cənubundakı Tir şəhərinin bir binasını mühasirəyə alıblar. Rəsmilər bildirirlər ki, reyd zamanı Hizbullahın bir neçə yaraqlısı öldürülüb. İsrailin təxminən 10 min əsgəri Hizbullahın raket bazalarını axtarır.

Bu gün İsrailin təyyarələri Litani çayının şimalındakı Sayda liman şəhərinin sakinlərinə vərəqələr ataraq, onları şəhəri tərk etməyə çağırıblar. İsrail bu məntəqəni hazırkı hərbi əməliyyatının başlıca hədəfi hesab edir.

Hizbullah dünən gecə Livan səhəddinin 80 kilometrliyində yerləşən Hayfa şəhərinə raketlər atıb. Bu gün də İsrailin şimal şəhərlərinə azı 35 raket atılıb. Şahidlər 3 nəfərin həlak olduğunu və 6-sının da bədən xəsarəti aldığını bildirilər.

Beyrutun yerli mediası bu gün bildirib ki, İsrailin hərbi təyyarələri Hizbullahın qalası sayılan Beyrutun ətraf məntəqələrini bombardman edib. İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Mark Regev deyib ki, Livan hökuməti Hizbullahı tərksilah etmək üçün beynəlxalq ictimaiyyəti dəstəkləməlidir.

XS
SM
MD
LG