Güclü zəlzələ İranın cənub sahillərini titrədib. İlkin məlumata əsasən zəlzələ nəticəsində azı 10 adam həlak olub, bir neçə kənd isə dağılıb. SƏS İranın İRNA dövlət xəbərlər agnetliyi bildirir ki, bu gün yerli vaxtla günortadan sonra İran körfəzindəki Öəşm adasının yaxınlığında rixter şkalası ilə 5,9 bal gücəndə zəlzələ baş verib. Agentliyin bildirdiyinə görə, xəstəxanalar yaralılarla doludur. İlkin məlumata əsasən Öəşm yaxınlığındakı Bəndəre Abbas limanında da zəlzələ nəticəsində adamlar yaralanıb və şəhərə ciddi ziyan dəyib. Lakin agentlik nə qədər adamın yaralandığı barədə məlumat verməyib. İran rəsmiləri isə deyirlər ki, Qəşm şəhərində iri təlafatlar olub. Adanın qərbində azı altı kəndə ziyan dəyib.
Zəlzələnin təkanları Birləşmiş Ərəb Əmirliklərində də hiss olunub. Dubayın hündür binalarında yaşayanlar evlərini tərk ediblər. Keçən fevral ayında İranın Zərənd şəhərində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 612 nəfər həlak olumuşdu. 2003-cü ildə isə Bəm şəhərində 6,7 bal gücündə baş verən zəlzələ nəticəsində 31 min adam dünyasını dəyişmişdi.