Azərbaycanda parlament seçkilərinə 2 həftədən də az vaxt qalır. Beynəlxalq müşahidəçilər qarşıdan gələn seçkiləri Azərbaycan üçün demokratiya imtahanı kimi qiymətləndirilir. Bir çoxlarının fikrincə keçiriləcək seçkilərin keyfiyyəti təkcə Azərbaycan parlamentinin tərkibini yox, bu ölkənin ən azı növbəti onillikdə siyasi kursunu müəyyənləşdirəcək. Azərbaycanın özündə isə siyasi atmosfer gərgin olaraq qalır. Bir tərəfdən müxalifət seçkilərin əvvəllərdə olduğu kimi saxtalaşdırılacağından ehtiyat edir; o biri tərəfdən hökumət dünya ictimaiyyətini əmin etməyə çalışır ki, bu seçkilər demokratik olacaq. Artıq bu günlərdə Azərbaycan prezidenti yeni bir fərman imzalayıb ki, bu da barmaqlara mürəkkəb vurulmasına və seçkilərə bütün Azərbaycanlı qeyri-hökumət təşkilatlarınıın iştirakına şərait yaradacaq. Prezidentin son fərmanını və Azərbaycandakı siyasi vəziyyəti müzakirə etmək üçün bu günkü verilişimizə sabiq parlament spikeri və Azərbaycan Demokrat Partiyasının rəhbəri Rəsul Quliyevi, və YES blokunun həmtəsisçisi və Azərbaycan Naminə forumunun prezidenti Eldar Namazovu dəvət etmişik.