Accessibility links

Mehdi Nəimi İranda iqtisadi vəziyyəti dəyərləndirib


Mehdi Nəimi, iqtisadçı və siyasi fəal
Mehdi Nəimi, iqtisadçı və siyasi fəal

İqtisadçı və siyasi fəal Mehdi Nəimi Amerikanın Səsinə müsahibəsində pulunun sürətlə dəyər itirdiyi İranda iqtisadi vəziyyəti dəyərləndirib. O, mövcud iqtisadi və siyasi durumun davam edəcəyi təqdirdə inqilab, çevriliş və ya üsyanla nəticələnə biləcəyini önə çəkib.

Mehdi Nəimi İranda iqtisadi vəziyyəti dəyərləndirib
please wait

No media source currently available

0:00 0:13:21 0:00
Direct link

“Bu, kəsinliklə sonuna qədər bu şəkildə davam edə bilməz. Vətəndaşlar bir yerə qədər dözüb və təhəmmül edərlər. Amma, bir yerdən sonra daha bunların normal ayaqda durmağa belə imkanları qalmayacaq,” Nəimi söyləyib.

Donald Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra İran rialı xeyli dəyər itirib. Ancaq, keçən fevral ayında İranın ali lideri ABŞ ilə danışıq aparılmasını qəbul etmədiyini açıqladıqdan sonra İran pulu daha sürətlə dəyər itirməyə başlayıb. Son vaxtlar Xamenei və bəzi digər rəsmilər ABŞ-la danışıqların aparılması fikrini rədd etdiklərini dəfələrlə təkrar ediblər.

Mehdi Nəiminin sözlərinə görə, “milli pul o qədər dəyərdən düşər ki, bəlkə 1939-dan öncəki Almaniyanın durumu olar ki, o, dünyada bilinən bir olaydır. Bunun içindən inqilab, çevriliş və üsyanlar çıxa bilər. Çünki, vətəndaşlar normal qarınlarını doyurmaqda belə əziyyət çəkərlər. Onun üçün, bu nəhayət sistemi də yıxa bilər. Bu, yalnız İranda deyil, başqa yerlərdə də tarix boyu belə olub.”

İqtisadçı İranda əhalinin həyat şəraitinə diqqət çəkərək deyib ki, “normalda insanlar çalışar ki, sərvətlərinə sərvət qatsın. Bu işi görə bilmədiklərində deyərlər ki, biz durğun bir vəziyyətdə yaşayırıq. Amma, bunlar mövcud sərvətlərinin itirdiyində başqa bir tablo ortaya çıxır. Yəni, İranda istisnalar xaric olmaqla, normal insanlar imkanlarının üstünə yeni bir imkan artıra bilmirlər ki heç, əllərindəki imkanları da itirirlər.”

İran parlamenti iki həftə əvvəl iqtisadiyyatın düzgün idarə olunmaması və milli valyutanın devalvasiyasını əsas gətirərək, iqtisadiyyat naziri Əbdülnasir Himmətinin vəzifəsindən azad edilməsinə səs verib.

“Bir şəxsin dəyişməsi ilə İran iqtisadiyyatında böyük bir dəyişiklik olmaz. Amma, içəridəki o siyasi qanadların bir-birindən bir pay umma məsələsi var ki, ona çata bilərlər. Bəlkə öz adamlarını gətirib bir yerdə müdir edib, bir vəzifə başına gətirib oradan bir qazanc əldə edə bilərlər. Amma sistem asxaq bir sistemdir və normal deyildir. Dünyada normal bir oyun vardır. Buna qatılan 200-ə yaxın ölkə var. İstisna ölkələr də var buna uzaq durublar. Biri Şimali Koreya biri də İrandır ən tanınmışlarından. Bunlar qapılarını bağlayıblar. Baxmayaraq ki, Şimali Koreya qapısını bərk-bərk bağlayıb, amma, elə İran da ona bənzər bir vəziyyətdədir,” Mehdi Nəimi qeyd edib.

O, əlavə edib ki, “hakimiyyət də bunu bilir. Xalqın dözə biləcəyi qədər istədiyini edər amma, partlayış nöqtəsinə çatdığını görsə, o nöqtədən bir an öncə bunu bilsə, müzakirəyə gedər. Ancaq, o nöqtəni görməsə ölkədə böyük bir çevriliş və inqilab ola bilər. O zaman hər şey kontroldan çıxar.”

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG