Accessibility links

 
Təbrizdə mədəni fəal Əmin Tağızadənin prokurorluğa müraciət etdiyi zaman saxlanıldığı bildirilib

Təbrizdə mədəni fəal Əmin Tağızadənin prokurorluğa müraciət etdiyi zaman saxlanıldığı bildirilib


Əmin Tağzadə, mədəni fəal
Əmin Tağzadə, mədəni fəal

Hüquq müdafiəçiləri Təbrizdə mədəni fəal və “Traktor Azərbaycan” futbol komandasının tərəfdarlarından olan Əmin Tağızadənin saxlanıldığını bildiriblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Araz News xəbər saytı kimi məbələr bu barədə məlumat yayıb.

“Əmin Tağızadə şənbə günü Təbrizin ümumi və inqilab prokurorluğunun 10-cu şöbəsinə müraciət etdiyi zaman saxlanılıb,” HRA agentliyinin martın 4-də yaydığ xəbərində dərc edilib.

Mədəni fəalın hansı səbəblə prokurorluğa müraciət etdiyi ilə bağlı məlumat yayılmayıb. Ancaq o daha əvvəl də göstərdiyi mədəni fəaliyyətlərinddən dolayı təhlükəsizlik qüvvələrinin təzyiq və təqriblərinə məruz qalıb.

Əmin Tağızadə 2024-cü ilin mart ayında Təbrizdə Traktor və Havadar komandaları arasında keçirilən oyun zamanı bir neçə digər Traktor azarkeşi ilə birlikdə nəzarət altına alınmışdı. Tağızadə və digər fəallar az müddət nəzarətdə saxlanıldıqdan sonra sərbəst buraxılmışdılar.

Daha sonra Təbriz prokurorluğu onların işinə bir illik sınaq müddəti ilə şərti xitam verilməsi barədə qərar çıxarıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG