Accessibility links

Azərbaycan və Ermənistan müharibə zamanı itkin düşən vətəndaşlarının taleyi barədə müzakirə aparıb


Hərbi əsir
Hərbi əsir

Fevralın 7-də Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistanın Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutub.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti də eyni məzmunlu məlumat yayıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Qarabağ müharibəsi zamanı Azərbaycanın 3983 vətəndaşı itkin düşüb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Birinci Qarabağ müharibəsi də daxil olmaqla, itkin düşən ermənilərin ümumi sayı min nəfərə yaxındır.

Forum

XS
SM
MD
LG