Accessibility links

Məhkəmə jurnalist Əli Zeynalı həbsdə saxlayıb


Məhkəmə jurnalist Əli Zeynalı həbsdə saxlayıb
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Yanvarın 22-də Bakı Apellyasiya Məhkəməsi hakim Emin Əliyevin sədrliyi ilə media əməkdaşı Əli Zeynalın həbsdə saxlanılması barədə Xətai Rayon Məhkəməsinin 27 dekabr qərarındn verilən şikayəti təmin etməyib.

Bu barədə vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, şikayətə uzun müddətdən sonra baxılmasına səbəb vəkilin ötən il dekabrın 28-də “Azərpoçt” dövlət xidməti vasitəsi ilə göndərdiyi şikayətin 20 gündən sonra məhkəməyə təqdim edilməsi olub.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG