1990-cı il 20 yanvar faciəsinin 35-ci ildönümü Bakıda anılıb. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıya hücumu nəticəsində 137 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Bu faciə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi kimi dəyərləndirilir.