Accessibility links

Baydenin vida çıxışı - ABŞ prezidenti dörd illilk hakimiyyəti və uzun siyasi karyerasını başa vurur


Bayden vida çıxışında güc və sərvətin konsentrasiyası ilə bağlı xəbərdarlıq etdi
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Prezident Co Bayden ABŞ lideri kimi hakimiyyətinin sona çatması və prezident seçilmiş Donald Trampın dönəminin başlamasından bir neçə gün öncə Amerika xalqına vida müraciətini etdi. Təkcə dörd illik prezidentlik müddəti deyil, ABŞ siyasətində 50 ilə yaxın siyasi karyerasına yekun vuran Bayden administrasiyasının əldə etdiyi nailiyyətlərin on illiklər sonra davam edəcəyinə ümid bəslədiyini bildirdi. Amerikanın Səsinin Ağ Evin bürosunun rəhbəri Patsi Vidakusvara məlumat verir.

ABŞ prezidenti Co Bayden səlahiyyət müddəti yanvarın 20-də başa çatdıqdan sonra Ağ Evi tərk edəcək.

O, çərşənbə günü axşam vida nitqində xəbərdarlıqla çıxış etdi.

Prezident Co Bayden: “Gücün çox az sayda ultra zəngin insanların əlində təhlükəli konsentrasiyası. Onların hakimiyyətdən sui-istifadəsinin nəzarət edilməsə təhlükəli nəticələri. Bu gün Amerikada ifrat sərvət, güc və nüfuzun formalaşdırmaqda olduğu oliqarxiya demokratiyamıza, əsas hüquqlarımıza və azadlıqlarımıza əsl mənada təhlükə törədir”.

Prezident oliqarxiya dedikdə kimi nəzərdə tutduğunu açıqlamayıb.

Lakin Elon Mask da daxil olmaqla, ölkənin ən böyük milyarderlərindən bəziləri yeni seçilmiş prezident Donald Trampla sıx əlaqələr qurub.

Bayden heç kimin adını çəkmədən Facebook və Instagram-ın sahibi olan Meta şəbəkəsinin baş direktoru Mark Zukerberqin şirkətin fakt yoxlayıcıları ilə işləməyi dayandırmaq qərarına diqqət çəkdi.

Prezident Co Bayden: “Azad mətbuat çökür. Redaktorlar yoxa çıxır. Sosial media faktların yoxlanmasından imtina edir. Həqiqət hakimiyyət və mənfəət naminə deyilən yalanlarla pərdələnir”.

Bayden səlahiyyət müddətini xarici siyasətdə uğurla başa vurdu. O, bir neçə saat əvvəl İsrail və HƏMAS-ın Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəldiyini açıqlamışdı. Razılaşma əsasən yeni administrasiya tərəfindən həyata keçiriləcək.

Prezident Co Bayden: “Ona görə də mən komandama dedim ki, yeni administrasiyanı tam məlumatlandırsınlar, çünki bu belə olmalıdır - amerikalılar kimi birlikdə işləmək.”

Bayden çərşənbə günü açıqladığı məktubda administrasiyasının COVID pandemiyası və Baydenin qalib gəldiyi 2020-ci il seçkisinin nəticələrini ləğv etmək niyyətində olan Tramp tərəfdarı izdihamın 6 yanvarda ABŞ Kapitoli binasına hücumunun kölgəsində hakimiyyətə başladığını qeyd edib.

Bayden Gallup sorğusuna görə, bir müddətdən sonra cəmi 39 faiz təsdiq reytinqi ilə vəzifəsini tərk edir. Onun irsinin necə xatırlanacağı onun xələfindən də asılı ola bilər.

Vanderbilt Universitetində (prezident tarixçisi Tomas Şvarts:

“Əgər Tramp həqiqətən Bayden və digər Demokratların ehtimal etdiyi kimi demokratik normalar üçün təhlükəli olduğunu göstərsə, məncə [Bayden] gələcəyi görən kimi görünə bilər. Lakin əks halda, əgər Trampla bağlı işlər daha az apokaliptik olsa və problemlərlə üzləşmiş və müəyyən uğurları olan az-çox normal bir prezidentlik görsəniz, mən düşünürəm ki, Bayden daha çox əldə etdiyi nailiyyətlərlə xatırlanacaq”.

Ağ Evin bildirdiyinə görə, Baydenin nailiyyətləri arasında güclü iqtisadi dirçəliş də yer alır.

Bayden xarici münaqişələrə son qoymağa cəhd etsə də o, ABŞ qüvvələrinin Əfqanıstandan xaotik çıxarılmasına görə tənqid edilib.

Bayden müraciətini ölkəyə xidmət etmək şərəfinə görə təşəkkür etməklə yekunlaşdırdı.

Prezident Co Bayden: “Mən hələ də bu ölkənin əsaslandığı ideyaya inanıram. Qurumlarımızın gücü və insanlarımızın xarakterinin önəmli və davamlı olmalı olduğu bir ölkənin. İndi keşikdə dayanmaq sizin növbənizdir”.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG