Accessibility links

Gürcüstan xarici işlər naziri Azərbaycana səfər edəcək


Faiq Quliyev və Maka Boçorişvili (Mənbə: Gürcüstan Xarici İşlər Nazirliyi)
Faiq Quliyev və Maka Boçorişvili (Mənbə: Gürcüstan Xarici İşlər Nazirliyi)

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək.

Gürcüstan Xarici İşlər Nazirliyi bildirir ki, yanvarın 11-də nazir Maka Boçorişvili Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşündə səfərin təfərrüatlarını müzakirə edib.

“Görüş çərçivəsində ikitərəfli gündəliyin cari məsələləri müzakirə edilib, bu kontekstdə xarici işlər nazirinin yaxın günlərdə Azərbaycana rəsmi səfərinin təfərrüatlarına toxunulub. Gürcüstan ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının Bakıda keçirilməsinə dair məsələ də gündəlikdə olub. Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini bir daha müsbət qiymətləndirib. Ticarət-iqtisadi, nəqliyyat və enerji sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib. Görüşdə regionun dinc və sabit inkişafının vacibliyi qeyd edilib. Tərəflər Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığı daha da dinamik hala gətirməyə hazır olduqlarını bildiriblər”, məlumatda qeyd edilir.

Ötən il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərindən sonra, oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının seçkilərdə qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeni təbrik edib.

“Seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm.

Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm”, Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir.

Xatırladaq ki, ölkədəki parlament seçkilərinin nəticələri yerli müxalifətin və çoxsaylı qərb institutlarının etirazına səbəb olub. Gürcüstan müxalifəti hazırda da seçkilərin nəticələrinin ləğv edilməsi çağırışları ilə dinc etiraz askiyalarını davam etdirir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Los-Ancelesdəki yanğınlarda ölənlərin sayı 10-a çatıb
please wait

No media source currently available

0:00 0:11:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG