Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-ın Azərbaycandakı səfirlyinə gələrək ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin ölümü ilə bağlı açılmış başsağlığı kitabına qeydlərini edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Keçmiş prezident Karterin və onun sülhməramlı və dövlət xadimi olaraq qoyduğu irsin şərəfinə başsağlığı kitabımızı imzalamaqda bizə qoşulan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də daxil olmaqla hər kəsə təşəkkür edirik”, səfirliyin məlumatında qeyd edilir.
ABŞ səfirliyi bildirir ki, ictimaiyyət üzvləri Karter Mərkəzinin onlayn başsağlığı kitabında ürək sözlərini qeyd edə bilərlər.
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter 100 yaşında 2024-cü il dekabrın 30-da vəfat edib.
Karter 1924-cü ildə Corciya ştatının Pleins şəhərində dünyaya gəlib. O, 1946-cı ildə ABŞ-ın Hərbi Dəniz Akademiyasından məzun olaraq, sualtı qayıq zabiri olaraq xidmət göstərib.
O 1976-ci ildə seçkidə Respublikaçı Cerald Fordu məğlub edərək, qalib gələn prezidentliyə namizədə çevrilib.
Karter ABŞ-ın ən uzun yaşayan prezidentidir. Onun dəfn mərasimi yanvarın 9-da keçiriləcək.
Forum