Accessibility links

Azərbaycan XİN-i Nyu-Orleandakı hücumu pisləyib


Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Nyu-Orlean şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən hücumu pisləyib.

Bu barədə XİN- X platformasında paylaşım edilib.

"Birləşmiş Ştatların Nyu-Orlean şəhərində onlarla insanın ölümünə və yaralanmasına səbəb olan iyrənc avtomobil hücumunu şiddətlə qınayırıq. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir. Biz bütün forma və təzahürlərində terrorizmin bütün əməllərini, üsul və təcrübələrini birmənalı şəkildə pisləyirik" paylaşımda deyilir.

Fövqəladə hallara hazırlıq agentliyi NOLA Ready-nin məlumatına görə, yeni ilin ilk saatlarında Nyu-Orleanın məşhur Kanal və Burbon küçəsində sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının AP-yə verdiyi məlumata görə, şübhəli polisin atəşi nəticəsində öldürülüb.

ABŞ prezidenti Co Bayden bildirib ki, o, hücum haqda davamlı şəkildə məlumatlandırılır:

“Ürəyim bayramı qeyd etməyə çalışan qurbanlar və onların ailələrinin yanındadır. Zorakılığın heç bir forması əsaslandırıla bilməz və biz ölkə icmalarına istənilən formada hücumlara qarşı dözümlü olmayacağıq”, Bayden sosial mediada yayılan bəyanatında bildirib.

Yeni seçilmiş prezident Donald Tramp da Truth Social platformasında hücumu qınayıb:

“Bizim ürəyimiz günahsız qurbanlar və onların sevdiklərinin yanındadır”, Tramp yazıb: “Tramp administrasiyası hadisənin təhqiqatı və bu əməldən bərpa olunmaq üçün Nyu-Orlean şəhərinə tam dəstək verəcək”.

Forum

XS
SM
MD
LG