Accessibility links

Tələbə fəal 6 aydır Təbriz Mərkəzi Həbsxanasında qeyri-müəyyən şəraitdə saxlanılır


Təbriz, Şərqi Azərbaycan Həbsxanaları İdarəsi
Təbriz, Şərqi Azərbaycan Həbsxanaları İdarəsi

Təbriz Texniki Kollecinin tələbəsi və siyasi fəal Ehsan Fəridi iyunun 20-dən bəri Təbriz Mərkəzi Həbsxanasında qeyri-müəyyən şəraitdə saxlanılır. Onun məhkəmə prosesi başa çatmayıb, lakin təxminən 6 aydır ki, qərarsız şəkildə həbsdədir.

HRA xəbər agentliyi Ehsan Fəridinin yaxınlarına istinadən bildirib ki, onun məhkəməsinin ikinci iclası dekabrın 11-də Təbriz İnqilab Məhkəməsində keçirilib. Məlumata görə, bu iclas Təbriz İnqilab Məhkəməsi tərəfindən Təbriz həbsxanasından videokonfrans formatında keçirilib. Bundan əvvəl, onun ilk məhkəmə iclası avqustun 3-də baş tutmuş, lakin növbəti məhkəmə iclası uzun müddət təxirə salınmışdı. Ehsan Fəridinin həbsi və ittihamlarla bağlı konkret məlumatlar isə hələ də açıqlanmayıb.

Fəridi iyunun 20-də Təbriz Ümumi və İnqilab Prokurorluğuna çağırılıb və həmin gün həbs edilərək Təbriz Mərkəzi Həbsxanasına göndərilib.

Daha əvvəl martın 8-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Fəridi, o zaman on gün naməlum yerdə saxlanıldıqdan sonra zaminə buraxılmışdı. Onun cari həbsi ilə əvvəlki həbsi arasında əlaqənin olub-olmadığı isə hələlik aydın deyil.

Ehsan Fəridinin Təbriz Texniki Kollecində istehsalat mühəndisliyi ixtisası üzrə təhsil aldığı bildirilir. Tələbə fəalın uzun müddətdir davam edən qeyri-müəyyən vəziyyəti ailəsi və yaxınları tərəfindən ciddi narahatlıqla qarşılanır.

Forum

XS
SM
MD
LG