Accessibility links

Tələbə fəal Ehsan Fəridinin müddətsiz həbsdə saxlanıldığı bildirilir


Tələbə fəal Ehsan Fəridi
Tələbə fəal Ehsan Fəridi

Təbriz Texniki Universitetinin tələbəsi Ehsan Fəridi iyunun 20-dən bəri Təbriz Mərkəzi Həbsxanasında qeyri-müəyyən şəraitdə nəzarət altında saxlanılır.

HRA xəbər agentliyinin məlumatına görə, onun ilk məhkəmə iclası avqustun 3-də Təbriz İnqilab Məhkəməsində keçirilsə də, növbəti iclasın vaxtı hələ də müəyyən edilməyib. Buna görə də, Ehsan Fəridi artıq 60 gündən çoxdur ki, müddətsiz həbsdə saxlanılır.

İyunun 20-də Fəridi Təbriz Ümumi və İnqilab Prokurorluğuna çağırılıb və həmin gün həbs edilərək Təbriz Mərkəzi Həbsxanasına göndərilib. Fəridinin həbsinin səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə heç bir məlumat verilmir.

Ehsan Fəridi bundan əvvəl martın 8-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılmış, on gün sonra isə zaminə buraxılmışdı.

Ehsan Fəridinin saxlanılmasının səbəbinin martın 8-dəki həbsi ilə bağlı olub-olmadığı, yaxud ona qarşı yeni bir işin açılıb-açılmadığı da hələlik məlum deyil.

Ehsan Fəridinin Təbriz Texniki Kollecində istehsalat mühəndisliyi ixtisası üzrə təhsil aldığı bildirilir.

Forum

XS
SM
MD
LG