Accessibility links

Musa Bərzin: Yeni hicab qanunu ilə həm cəzalar artır, həm də öncədən tətbiq edilən qeyri-qanuni cəzalar qanuniləşir


Musa Bərzin, hüquqşünas
Musa Bərzin, hüquqşünas

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yeni hicab qanununun qüvvəyə minməsi üçün prosesin dekabrın 13-də başlayacağını bildirib. Hüquqşünas Musa Bərzin Amerikanın Səsi ilə söhbətində “Hicab və İffət” adı ilə tanınan qanunda nəzərdə tutulan cəzalar və məhdudiyyətlər, eləcə də təşviqləri şərh edib.

Ölkə daxili və xaricində müxtəlif qrupların sərt etirazına səbəb olan “Hicab və İffət” qanununa rəsmilər arasında da qarşı çıxanlar var. İran prezidenti Məsud Pezeşkianın yeni qanuna qarşı çıxması bəzi sərtxətt tərəfdarı siyasətçilər və din alimlərini qəzəbləndirib. İran rəhbərinin Xorasandakı nümayəndəsi Ayətullah Əhməd Ələmülhüda Pezeşkianı tənqid edərək deyib ki, “siz prezident olaraq deyə bilməzsiniz ki, mən bu qanunu icra edə bilmərəm!”

Musa Bərzin: Yeni hicab qanunu ilə həm cəzalar artır, həm də öncədən tətbiq edilən qeyri-qanuni cəzalar qanuniləşir
please wait

No media source currently available

0:00 0:14:14 0:00
Direct link

Musa Bərzin hesab edir ki, “hicab qanununa müxalifət çox olsa bu qanunun icrası təxirə salınıb və ya islah edilməsi üçün yenidən danışıqlar aparıla bilər.”

Hüquqşünas yeni qanunun mövcud qanundan xeyli fərqləndiyini vurğulayır.

Onun sözlərinə görə, “İranın hazırkı Cəza Qanununda deyir ki, islami hicab olmadan ictimaiyyətdə görünən qadınlar cərimə ilə qarşılaşar. Demək olar ki, bir milyon və ya bir milyon yarım tümənlik cəza verirdilər. Ancaq, etirazlardan sonra bunlar düşündü ki, bu cəza çox azdır. Ancaq, başqa cəzalar vermək üçün də qanun yoxdur. Gəldilər daxili işlər nazirliyi və başqa qurumlar vasitəsilə qeyri-qanuni işlər gördülər. Məsələn hicabsız sərnişini olan maşınlara həbs qoyurdular. Bir dükkanda hicaba riayət etməyən qadınlar görünsəydi, o dükkanı bağlayırdılar. Belə belə işlər...”

Bərzin yeni qanuna əsasən məcburi hicaba riayət etməyən qadınlara daha ağır cəzaların, hakimiyyətin uyğun gördüyü kimi geyinənlərə isə təşviqlərin nəzərdə tutulduğunu söyləyir:

“[Etirazlardan sonra] qeyri-qanuni olaraq tətbiq edilən cəzalara etirazlar çox idi. Onun üçün düşündülər ki, bu işi qanuniləşdirib cəzaları da çoxaltsınlar. Sadəcə cəzalar deyil, bu yeni qanunda uyğun görülən hicaba riayət edənlərə idarələrdə, işə götürmədə və layihələrdə üstünlük tanıyıblar. Bu şəkildə gəldilər yeni bir qanun yazdılar. Həm cəzaları çoxaltdılar, həm də öncədən qeyri-qanuni olaraq görülən işləri qanuniləşdirdilər.”

İnsan haqları vəkili nəzərdə tutulan cəzaların olduqca qeyri-mütənasib olduğunu vurğulayır. O deyir ki, “bunlar belə baxır ki, hicab qaydalarını pozanlar yalnız şəriət qaydalarını pozmur. Bəlkə ölkənin siyasi düzəni və təhlükəsizliyini də təhdid edir. Bu üzdən görürük ki, yeni qanunda nəzərdə alınan cəzalar gerçəkdən o əməl ilə heç mütənasib deyil. Çox ağır pul cəzaları nəzərdə tutulub, həbs cəzaları nəzərdə tutulub. Bunlar hüquqən də qəbul edilən bir məsələ deyil.”

Musa Bərzin yeni qanunun yalnız cəza və təşviqdən ibarət olmadığına önə çəkərək əlavə edir ki, “məsələn deyiblər ki, bələdiyyələr və başqa qurumlar şəhər mühitində ümumi məkanları ola bildiyi qədər qadın-kişi olaraq ayıracaqlar. Ona büdcələr qoyublar. Yəni, bələdiyyələrə deyiblər, avtobusları ayır, parkları ayır. Hətta universitetlər üçün də deyiblər ki, ola bildiyi qədər qızlar və oğlanlar gərək ayrıla. Bunlar yeni doğulan uşaqlara da rəhm etməyiblər. Deyiblər ki, uşaqların oynadığı oyuncaqlar və qolçaqlara da nəzarət olunmalı və tamamən bu qanuna uyğun istehsal olunmalıdır... Onların baxışına görə şəriətə uyğun olmayan geyimlərin istehsalını və ya idxal edilməsinə də bu qanun mane olacaq.”

Forum

XS
SM
MD
LG