Accessibility links

Ərdəbil prokurorluğu sosial şəbəkələrdə hicabsız görüntülər yayan qadının həbs edildiyini bildirib


Ərdəbil prokurorluğu bir qadının sosial şəbəkələrdə görüntülər paylaşdığına görə nəzarət altına alındığını bildirib.

Rəsmi dövlət agentliyi IRNA bu barədə prokuror müavini Murtəza Tahirifərdə istinadən məlumat yayıb.

Tahirifərd sözügedən qadının özündən yarıçılpaq görüntülər çəkib paylaşdığı üçün həbs edildiyini söyləyib.

“Bu müttəhim yerli deyil amma Ərdəbil sakinidir. O, hicabını açaraq yarıçılpaq görüntülərini paylaşırdı. O, özündən mübtəzəl (bayağı) və yarıçılpaq şəkillər və filmlər çəkib və Instagram sosial şəbəkəsinin canlı yayım imkanından istifadə edərək onları yayıb və ümumi iffət və əxlaqın zədələnməsinə yol açırdı,” prokuror müavini qeyd edib.

Dövlət agentliyinin xəbərinə görə, “kiperpatrul əməliyyatı zamanı aşkar edilən müttəhimin həbs qərarı prokurorluğun operativ reaksiyası ilə polis qüvvələrinə göndərildikdən sonra, sözügedən qadın kəşfiyyat polisinin sürətli əməliyyatı nəticəsində Ərdəbil məhəllələrinin birində evində saxlanılıb.”

Prokuror müavini həmçinin xəbərdalıq edib ki, “Ərdəbil vilayətinin bütün prokurorluqları tam ciddiyyət və bacarıqla kiberpatrul əməliyyatlarını həyata keçirərək hər hansı başıpozuqluq və əxlaqsızlığı müşahidə etdikləri təqdirdə kəskin və çəkindirici ölçülər götürəcəklər.”

İslam Respublikası keçən ildən bəri “hicab və iffət” və “Nur” adlı yeni layihələr həyata keçirərək qadınların geyiminə aqressiv nəzarətini gücləndirib.

Forum

XS
SM
MD
LG