Accessibility links

Azərbaycanda Milli Dirçəliş Günüdür


Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.

Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda, indiki Azadlıq meydanında SSRİ-dən çıxmaq məqsədilə 19 gün fasiləsiz davam edən etiraz mitinqləri ilə bağlıdır.

Yüz minlərlə insan Moskvanın antiazərbaycan siyasətinə və Qarabağda qızışan erməni separatizminə qarşı ədalətsiz mövqeyinə etiraz olaraq meydana toplaşıb.

Dekabrın 4-dən 5-nə keçən gecə mitinq sovet qoşunları tərəfindən dağıdılıb və repressiyalar başlayıb. Ancaq bu, milli- azadlıq hərəkatını dayandırmayıb.

1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi yaradılıb və onun təzyiqi altında həmin ilin sentyabrında Ali Sovet (parlament) Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul edib.

1990-cı il yanvarın 19-20-də sovet ordusu Azərbaycanda milli hərəkatı yatırmaq məqsədilə Bakıda cəza əməliyyatı həyata keçirib.

Etirazçılara qarşı ağır texnika və odlu silahlardan istifadə edilib, nəticədə yüzlərlə dinc sakin öldürülüb və yaralanıb. Ancaq sovet hakimiyyətinin bu addımı da Azərbaycanın müstəqillik əzmini qıra bilməyib.

1990-cı il seçkilərində Xalq Cəbhəsi liderlərinin əksəriyyəti Ali Sovetdə yer alaraq "Demokratik Blok" adlı fraksiyanı formalaşdırdırıb

18 oktyabr 1991-ci ildə həmin fraksiyanın səylərilə Azərbaycanın dövlət müstəqilliyi elan edilib.

1992-ci ilin mayında Xalq Cəbhəsi hakimiyyətə gəlb. Qısa müddətdə sovet qoşunları Azərbaycan ərazisindən çıxarılıb.

1992-ci ilin dekabrından 17 noyabr milli bayram kimi qeyd olunur. Lakin 2006-cı ildən qeyri-iş günüdür.

Forum

XS
SM
MD
LG