Accessibility links

Ərdəbildə sosial media fəalı Səhər Məmizadənin bir həftədir həbsdə olduğu bildirilir


Səhər Məmizadə
Səhər Məmizadə

Hüquq müdafiəçiləri Səhər Məmizadə adlı bir gənc qadının sosial şəbəkələrdəki paylaşımlarına görə bir həftə əvvəl Ərdəbil şəhərində nəzarət altına alındığına dair məlumat yayıblar.

Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) və online təlim institutu kimi fəaliyyət göstərən Tavaana qrupu kimi mənbələrə istinadən, Məmizadədən oktyabrın 30-da kəşfiyyat idarəsi qüvvələri tərəfindən nəzarət alntına alındıqdan bəri xəbər yoxdur.

ABŞ-da fəaliyyət göstərən Tavaana qrupunun bildirdiyinə görə, “Səhər Məmizadə 29 yaşında və ailənin tək qızıdır... Ərdəbil kəşfiyyat şöbəsinin məmurları öncə özlərini karqo işçisi kimi təqdim edib və Səhər üçün paket gətirdiklərini deyiblər. Lakin, 4 kişi və bir qadın məmur onu qapıda nəzarət altına alıb və mobil telefonunu müsadirə ediblər.”

Səhər Məmizadənin hansı ittihamlara görə tutulduğu və hazırda harada saxlanıldığına dair məlumat yayılmayıb.

Hüquq müdafiəçiləri onun həbsinin Instagram sosial şəbəkəsində siyasi tənqid, həmçinin siyasi məhbuslara dəstək məzmunlu paylaşımları ilə əlaqədar ola biləcəyini yazıblar.

Forum

XS
SM
MD
LG