İran agentlikləri təqribən 45 gün əvvəl Ərdəbildə saxlanılan blogerə qarşı ittiham aktı irəli sürüldüyünü bildiriblər.
Yarı-rəsmi İSNA agentliyinin xəbərinə görə, Ərdəbil prokuroru Cəlal Afaqi blogerin İnstagram sosial şəbəkəsində paylaşdığı məzmunlar səbəbilə təqsirkar tanındığını açıqlayıb.
"Ərdəbildə əxlaqsız və qanunsuz fəaliyyətlər göstərən, o cümlədən tərbiyəsiz ifadələr, söyüşlər, çirkin və uyğunsuz zarafatlar ilə dolu məzmunlar paylaşan və müqəddəsləri təhqir edən kliblər hazırlayan bloger sentyabr ayında prokurorluğun özəl orderi ilə saxlanılıb və həbsxanaya göndərilmişdi. Hüquqi prosedurlardan sonra sözügedən blogerin təqsirkar tanındığına dair qərar çıxarılıb və ittiham aktı oxunub," deyə, Ərdəbil prokuroru qeyd edib.
Prokuror həmçinin "müttəhimin evində axtarış aparıldığı zaman hərbi silah aşkar edildiyini" iddia edib.
Adı və kimliyi açıqlanmayan vətəndaşın Ərdəbil Cəza Məhkəməsinin 1-ci şöbəsində hakim qarşısına çıxarılacağı bildirilib.
Forum