Accessibility links

Tramp ABŞ prezident seçkilərində qalib gəldi

07:39 6.11.2024

Tramp saat 22:00-da liderdir

ABŞ Şərqi vaxt ilə saat 22:00-a olan məlumata görə, keçmiş prezident Donald Trampın 198, vitse-prezident Kamala Harrisin isə 109 seçicilər kollegiyası səsi var.

Tramp Missuri, Montana, Ohayo, Luiziana, Şimali Dakota, Cənubi Dakota, Texas, Yuta və Vayominq ştatlarında qazandığı qələbələrlə liderliyini artırıb.

Tramp həmçinin Nebraska ştatında keçirilən ümumxalq səsverməsini qazanaraq ona iki seçicilər kollegiyasının səsini qazandırıb. Tramp həmçinin Nebraska ştatında Konqres dairə seçkilərində üç səsdən birini qazanıb. Nebraska, seçki səslərini qismən konqres dairələrində qazanılan qələbələrə əsasən bölüşdürən iki ştatdan biridir.

Harris qalibiyyət siyahısına Nyu York və Koloradonu əlavə etdi. Nyu York ştatının ona 28 seçilər kollegiyası səsi var. Koloradoda bu say 10-dur.

Arizona, Corciya, Miçiqan, Şimali Karolina və Pensilvaniya kimi mühür ştatlar da daxil olmaqla bir çox ştatlar hələ də nəticə məlum deyil.

08:43 6.11.2024

Harris və Tramp qələbə əldə etdikləri ştatların sayını artırır

Vitse-prezident Kamala Harrisin 179, keçmiş prezident Donald Trampın isə 214 seçicilər kollegiyası səsi var.

Harris Kaliforniya və Vaşinqton ştatlarında, paytaxt Vaşinqton şəhərinin yerləşdiyi Kolumbiya Mahalında qələbə qazanır və Meyn ştatından seçici kollegiyası səsini əldə edir. Tramp isə Aydaho, Ayova və Kanzas ştatlarında qalib gəlir.

Hazırda ölkədə əksər seçki məntəqələri bağlanıb. Havayda Şərq vaxtı ilə gecə yarısı və Alyaskada Şərq vaxtı ilə gecə saat 1-də bağlanacaq.

Qalibi müəyyən edəcək mühüm ştatlar olan Viskonsin, Miçiqan, Pensilvaniya, Corciya, Şimali Karolina və Arizona ştatlarında səslər hələ də hesablanır.

09:07 6.11.2024

Tramp seçkilərin nəticəsini müəyyən edəcək yeddi mühüm ştatdan biri olan Şimali Karolinada qələbə qazanır

Donald Tramp ABŞ prezidenti olmaq üçün toplmalı olduğu 270 seçicilər kollegiyası səsi mühüm olan Şimali Karolinada qələbə qazanır.

Seçkilərin nəticələrini müəyyən edəcək digər mühüm ştatlar Pensilvaniya (19 səs), Corciya (15), Miçiqan (15), Arizona (11), Viskonsin (10) və Nevadadır (6). Həmin ştatlarda qalibin müəyyən edilməsi bir neçə günə qədər uzana bilər.

Hazırda Trampın 240 seçici kollegiyası səsi var. ABŞ prezidenti seçilmək üçün ona əlavə 40 səs toplamaq lazımdır.

12:08 6.11.2024

Trampın electoral səsləri çoxaldıqca o, tərəfədarları qarşısındakı nitqdə qələbəyə iddia edir

Sabiq Prezident Donald Tramp çərşənbə günü tərəfdarları qarşısındakı çıxışda indiki anın "ölkənin sağalacağına" kömək edəcəyini deyib.

"Mən Amerika xalqına mənə 47-ci prezidentiniz və 45-ci prezidentiniz seçilmək şərəfi bəxş etdiyinizə görə təşəkkür edirəm," Tramp Florida ştatındakı seçki iqamətgahında bəyan edib.

Media orqanları hələ də seçkinin nəticəsini elan etməyiblər.

"Mən sizin üçün, sizin ailəniz üçün hər gün vuruşacağam. Mən bədənimdəki hər bir nəfəslə sizin üçün vuruşacağam. Mən uşaqlarımızın və sizin layiq olduğunuz güclü, salamat, və firavan Amerika bəxş edənədək rahat olmayacağam. Bu, həqiqətən Amerikanın qızıl dövrü olacaq."

"Bizim köməyə, olduqca köməyə lazım olan ölkəmiz var. Biz sərhədlərimizi düzəldəcəyik, və biz ölkəmizlə bağlı hər şeyi düzəldəcəyik," Tramp deyib.

Respublikaçı namizədin nitqi onun elektroal qələbə çalmaq üçün tələb olunan 270 elektoral səsi qazanmağa yaxın olduğu vaxta təsadüf edir.

Vitse Prezident və Demokrat namizəd Kamala Harris kampaniyasının nümayəndəsi mediaya bildirib ki, Harris bu gecə tərəfdarlarına müraciətlə çıxış etməyəcək və bunu çərşənbə gününün sonrakı saatlarında edəcək.

Daha çox yüklə

XS
SM
MD
LG