Donald Tramp Corciya və Pensilavaniya qalib gəlir
Tramp ABŞ prezident seçkilərinin nəticələrini müəyyən edəcəyi proqnozlaşıdırlan yeddi ştatda daha ikisində qələbə qazanır. O, Corciyanın 16 və Pensilvaniyanın 19 seçicilər kollegiyası səslərini əldə edir. Daha öncə Tramp digər mühüm ştat olan Şimali Karolinada qələbə qazanmışdı.
Beləliklə Trampın hal-hazırda prezident seçkilmək üçün lazım olan 270 seçicilər kollegiyası səsindən 267-si var.
Tramp Viskonsin statında qələbə qazanır
Donald Tramp 10 seçicilər kollegiyası səsi olan Viskonsin ştatında qələbə qazanaraq ABŞ-ın 47-ci prezidenti olmaq üçün ona lazım olan 270 seçicilər kollegiyası səsini təmin etdi.
Tramp prezident seçkilərində qələbə qazandı
ABŞ-ın sabiq prezidenti Donald Tramp çərşənbə günü Pensilvaniya və Viskonsin də daxil olmaqla bir sıra mühüm ştatlarda vitse-prezident Kamala Harrisi məğlub edərək ölkənin 47-ci prezident seçildi.