Urmiyə həbsxanasında oğurluq ittihamı ilə əlaqədar barmaqlarının kəsilməsi cəzasına məhkum olunmuş iki qardaşın hökmü icra edilib.
HRA agentliyi kimi hüquq müdafiə mənbələrinin bildirdiyinə görə, Qərbi Azərbaycanda yetkinlik yaşına çatmayanlara məxsus Cəza Məhkəməsinin 1-ci şöbəsi bir neçə il əvvəl Şəhab və Mehrdad Teymuri qardaşlarını oğurluqda təqsirli bilərək sağ əllərinin dörd barmağının kəsilməsinə məhkum etmişdi.
Teymuri qardaşlarının cəzası oktyabr ayının 29-da Urmiyənin mərkəzi həbsxanasında tətbiq edilib. Onlar hökmün icrasından sonra Urmiyənin İmam Xomeyni xəstəxasına köçürülüblər.
Şəhab və Mehrdad Teymurinin yetkinlik yaşına çatmayanlara məxsus məhkəmədə mühakimə olunduqlarına görə, onların cəza aldıqları zaman 18 yaşdan kiçik olduqları görünür.
HRA-nın xəbərinə görə, Yetkinlik yaşına çatmayanların məhkəməsi Teymuri qardaşları ilə birlikdə İbrahim Xətibi adlı başqa bir müttəhimin də barmaqlarının kəsilməsinə hökm etmişdi. Acaq, İbrahim Xətibinin hökmü daha sonra İran Ali Məhkəməsi tərəfindən həbs cəzasına çevirilib.
Əslən Kirmanşah vilayətindən olub və bir neçə il əvvəl Kərəc şəhərində saxlanılan Teymuri qardaşlarının niyə Qərbi Azərbaycan vilayətində mühakimə olunduqlarına dair məlumat yayılmayıb.
Forum