Accessibility links

Azərbaycan Prezidenti Gürcütanın Baş nazirini parlament seçkilərində qələbə münasibəti ilə təbrik edib


İlham Əliyev və İrakli Kobaxidze (Mənbə: Sosial şəbəkə. Arxiv foto)
İlham Əliyev və İrakli Kobaxidze (Mənbə: Sosial şəbəkə. Arxiv foto)

Azərbaycan Prezidenti İlham Əliyev “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının bu ölkədə keçirilən parlament seçkilərində qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeni təbrik edib.

“Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir.

Eyni zamanda, seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm.

Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm”, Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir.

Məntəqələrin 99 faizindən çoxunun hesablanması ilə Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrinə görə, “Gürcü Arzusu” 54,23% səslə öndədir, 5%-lik baryeri keçən müxalifət partiyaları isə ümumilikdə 37,44 faiz səs toplayıb.

“Gürcü Arzusu” qələbəsini qeyd edərkən, müxalifət seçkilərin legitimliyini şübhə altına alır.

Forum

XS
SM
MD
LG