Məntəqələrin 70%-dən gələn məlumatlar əsasında hesablanan ilkin rəsmi nəticələr hakim "Gürcü arzusu" partiyasının səslərin 53%-ni qazandığını göstərir. Rəsmi nəticələrə əks olaraq, müxalifət partiyaları kollektiv şəkildə çoxluğu əldə etdiklərini bilidirlər.
Səsvermə bitən kimi ictimailəşən iki rəqib ekzit-pol seçki ilə bağlı kəskin fərqli proqnozlar verdi. “Gürcü Arzusu”nu dəstəkləyən “İmedi” telekanalı hakim partiyanın 56% səs qazandığını göstərib. Müxalifətyönlü kanalların ekzit-polları isə müxalifət partiyalarının böyük uğur qazandığını göstərib.
Hakim partiyanın milyarder qurucusu və bir vaxtlar baş nazir olmuş İvanişvili qalib gəldiyini bəyan edib. Müxalifət də qələbə qazandığını iddia edib və İvanişvilinin bunu etiraf etməli olduğunu bildirib.
Keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının lideri Tina Bokuçava “Reuters” agentliyinə bildirib ki, müxalifət 10% fərqlə qalib gəlib.
“Biz inanırıq ki, Gürcüstan ictimaiyyəti açıq şəkildə gələcəkdə Avropanın qəlbində yer tutmaq üçün üçün səs verib və heç bir duruş bunu dəyişməyəcək”.
***
Oktyabrın 26-da Gürcüstanda Qərblə sıx inteqrasiya ilə Rusiyaya meyl etmək arasında ekzistensial mübarizə kimi təsvir edilən parlament seçkiləri keçirilir.
Parlamet seçkilərində əsas mübarizə 2012-ci ildən hakimiyyətdə olan hakim “Gürcü Arzusu” partiyası ilə qərbyönlü müxalifəti təmsil edən dörd əsas blok arasında aparır.
“Gürcü Arzusu”nun milyarder təsisçisi və keçmiş baş nazir Bidzina İvanişvili bu seçkidə “çox sadə seçim” olduğunu deyib.
“Ya biz gürcü xalqına xidmət edən hökumət seçəcəyik, ya da yalnız xarici ölkənin tapşırıqlarını yerinə yetirəcək xarici ölkə agentini seçəcəyik”, - deyə, ölkənin əsas güc fiquru sayılan İvanişvili Tbilisidə səs verərkən bildirib.
“Gürcü Arzusu” partiyasının tənqidçisi, prezident Salome Zurabişvili paytaxtda səs verdikdən sonra “Bu gün Gürcüstanın gələcəyini müəyyən edəcək” deyib.
"Bu gecə qələbə olacaq və bu qələbə Gürcüstanın, bütün Gürcüstanın qələbəsi olacaq", prezident əlavə edib.
1990-cı illərdə ərazisinin bir hissəsini Rusiyanın dəstəklədiyi separatçılara itirən və 2008-ci ildə qısamüddətli Rusiya işğalı nəticəsində məğlub olan Gürcüstan onilliklər ərzində Sovet İttifaqından çıxan ən qərbyönlü dövlətlərdən biri olub.
Lakin 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra “Gürcü Arzusu” ölkəni Moskvanın orbitinə çevirib, Qərbi onu müharibəyə cəlb etməkdə ittiham edib. Müxalifət bu dəyişikliyi Gürcüstanın Avropa gələcəyinə xəyanət adlandırır.
Qarşı tərəflərə rəğbət bəsləyən media, müxalifətyönlü yayımçıların “Gürcü Arzusu”nun parlanent çoxluğunu itirəcəyini, hakim partiyanı dəstəkləyənlərin isə ən yaxşı göstərici ilə böyük qələbə qazanacağını proqnozlaşdıran rəqib sorğuları dərc edib.
Təxminən 3,5 milyon Gürcüstan vətəndaşı səs vermək hüququna malikdir.
Forum