Accessibility links

Arif Kəskin: Həsən Nəsrallah və Hizbullah İranın Yaxın Şərq siyasətinin təməlini təşkil edirdi


Arif Kəskin
Arif Kəskin

İran və Yaxın Şərq üzrə ekspert Arif Kəskin Amerikanın Səsi ilə söhbətdə Hizbullaha vurulan zərbələr və Həsən Nəsrallahın öldürülməsi ilə İran İslam Respublikasının həm xarici siyasəti, həm də daxili siyasətində yeni bir səhifə açdığını deyib.

Arif Kəskin: Həsən Nəsrallah və Hizbullah İranın Yaxın Şərq siyasətinin təməlini təşkil edirdi
please wait

No media source currently available

0:00 0:15:19 0:00
Direct link

Arif Kəskinin sözlərinə görə, “əslində Həsən Nəsrallahın öldürülməsi, Hizbullaha vurulan zərbələr və Hizbullahın zəifləməsini İranın daxili və xarici siyasətində bir dönüm nöqtəsi, yeni bir səhifə olaraq adlandırmaq mümkündür. Bunun yanına məsələn, HƏMAS-ın zəifləməsi kimi durumları da qoyduğumuzda, bunu rahatlıqla deyə bilərik.”

Siyasi ekspertin fikrincə, Nəsrallahın liderdliyindəki Hizbullah İranın Yaxın Şərq siyasətinin təməlini təşkil edirdi:

“Həsən Nəsrallah və Hizbullah İranın Yaxın Şərq siyasətinin təməlini təşkil edirdi. Əslində İran Yaxın Şərqə Nəsrallah və Hizbullah imkanı ilə bəlli dərəcədə girirdi. Yəni, əgər bu gün İran Yəməndə, Suriyada, İraqda, Bəhreyndə, Səudiyyə Ərəbistanında və bəzi yerlərdə nüfuz sahibi isə, bunda Hizbullahın və Nəsrallahın önəmli bir rolu var. Həsən Nəsrallah və Hizbullah İranın bir növ ‘prestij’ layihəsi və ən başarılı işi olaraq görülürdü. Hizbullah İranın xaricdə himayə etdiyi gücləri birləşdirən və koordinasiya edən bir vasitə olaraq da görülürdü”.

Kəskin İrana bağlı siyasi qruplaşmalar şəbəkəsi olan “müqavimət oxu”nun son olaylardan öncəki gücünü bərpa etməsinin ən azından qısamüddətdə mümkün olmadığını ifadə edir.

“Nəsrallahın öldürülməsi və Hizbullahın zəifləməsi İranın müqavimət mehvəri olaraq adlandırdığı İraqdan başlayıb Yəmənə qədər uzanan o gücün belinin qırılması, təməlinin ciddi bir şəkildə sarsılması mənasına gəlir. Yəni, bundan sonra biz, rahatlıqla bunu deyə bilərik ki, İranın Yaxın Şərqdəki gücü, imkanı və hərəkət sahəsi Nəsarallahın öldürülməsi və Hizbullahın zəifləməsinin öncəsinə görə çox-çox azdır. Hətta bu imkanı ən azından qısa bir zaman dilimi içərisində əldə etməsi də imkansızdır” ekspert deyir.

Kəskin son olaylar nəticəsində “İranın Qafqaz siyasətindən Amerika və Avrupa siyasəti və daxili siyasətinə qədər” təsir alacağı bir mərhələ və dönəmin başladığını qeyd edir.

O, İranın keçən həftə İsrailə balistik raketlərlə hücumunu keçən aprel ayındakı İsrailə pilotsuz təyyarələr və 2020 yanvar ayındakı ABŞ-ın İraqdakı bazalarına hücumu ilə müqayisə edərək deyir ki, “İran Qasım Süleymaninin öldürülməsindən sonra Amerikanın bazalarına vurduğu zaman bilirdi ki, Amerika qarşılıq verməyəcək. İsrailə dronlar ilə hücum etdiyində bilirdi ki, nə Amerika, nə də İsrail buna qarşılıq verəcək. Amma bu son raket hücumunda böyük ehtimal İsrailin cavab verə biləcəyini bilirdi. Bunu bilə-bilə etməsi özü çox önəmli bir qərardır və risklidir. Bu, bu mənaya gəlir ki, İran, əgər müharibə olsa mən qorxmuram şəklində bir mesaj verir. Bunu da rahatlıqla dilə gətirirlər”.

Kəskin müsahibədə Tehranın son vaxtlar “müqavimət oxu” şəbəkəsini yenidən gücləndirmək üçün yürütdüyü fəaliyyətləri şərh edir.

Onun sözlərinə görə, “əslində İran elə bir mərhələyə gəldi ki, özü birbaşa işin içinə girmədiyi təqdirdə dəstəklədiyi güclərin ayaqda qalma imkanları yoxdur. Daha o səhifə bağlandı. O səhifə bu idi; İran Tehranda oturub, Bağdadda, Dəməşqdə və orada burada hamını bir-birinə qırdırırdı, amma İranda sabitlik var idi. İran oralarda yaratdığı qarışıqlıqla özünə bir növ güclü dövlət görüntüsü verirdi.Amma indi daha bu mərhələ yoxdur. İranın bu dəfə o qrupları qoruması üçün özünün müdaxilə etməsi lazimdir. Bu da bir dönüm nöqtəsidir.”

Arif Kəskin İrandaki iqtisadi, ictimai və siyasi şəraitə diqqət çəkərək, İslam Respublikasının bu vəziyyəti uzun müddət idarə edə bilməyəcəyini vurğulayır.

Forum

XS
SM
MD
LG