Accessibility links

‘Diyə-təzminat’ məbləğini hazırlaya bilməyən Zəhra Feyzi Təbriz həbsxanasında edam edilib


edam
edam

Hüquq müdafiəçiləri Təbriz və Zəncan şəhərlərində biri qadın olmaqla ən az üç məhkumun dar ağacından asıldığını bildiriblər.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupunun şənbə günü yaydığı xəbərə görə, bir neçə gün öncə edam edilən Zəhra Feyzi 4 il əvvəl həbs edilib və həyat yoldaşını öldürməkdə təqsirli bilinərək, ölüm cəzasına məhkum olunub.

Təbrizdə edam edilən Zəhra Feyzi (Mənbə: IHR qrupu)
Təbrizdə edam edilən Zəhra Feyzi (Mənbə: IHR qrupu)

Hüquq müdafiə qurumu Feyzinin həyat yoldaşının ailəsi tərəfindən onun asılmaması üçün 4 milyard 5 milyon tümənlik diyə-təzminat tələb edildiyini, fəqət məhkumun ailəsinin tələb edilən məbləğı hazırlaya bilmədiyini yazıb.

Zəhra Feyzinin ölüm cəzasının çərşənbə günü Təbrizin mərkəzi həbsxanasında tətbiq edildiyi bildirilib.

İranda “qəsdən adam öldümək”dən təqsirli bilinən şəxslər qisasa məhkum olunur. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İran qanunlarında qətl aktının dərəcələndirilməməsi səbəbilə niyyət, şiddət və şəraitə baxılmadan təqsirli bilinən bütün şəxslər ölüm cəzasına məhkum olunur. Təqsirləndirilən şəxs məhkum edildikdən sonra, qurbanın ailəsindən qisas, diyə və əfv arasında seçim etmələri tələb olunur. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.

IHR iki məhkumun ölüm cəzasının isə Zəncanda tətbiq edildiyini bildirib. İnsan haqları qrupu edam edilən şəxslərin adlarını Mustafa Kavəndi və Əli Bəhrami olaraq açıqlayıb. Onlar narkotik maddə qaçaqmalçılığı ittihamı ilə eyni məhkəmə işində edam cəzasına məhkum edilmişdilər.

Forum

XS
SM
MD
LG