Accessibility links

Təbrizdə kombayn zavodunun işçiləri maaşlarının gecikməsinə etiraz edir


Təbrizdə Səhənd kombayn zavodunun işçiləri keçən aylardan bəri başlatdıqları etiraz aksiyalarını davam etdirirlər.

Əmək qruplarının bildirdiyinə görə, zavod işçilərinin növbəti mitinqi cümə günü təşkil olunub. İşçilərin başlıca tələbi gecikmiş maaşlarının ödənilməsidir.

Mövcud vəziyyətə etiraz edən işçilər maaş, sığorta və digər hüquqlarının vaxtında ödənilib, yerinə yetirilməsini tələb edirlər.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinin oktyabr ayının 1-də yaydığı məlumata görə, “işçilər son bir ildə maaş və sığortalarını vaxtında ala bilmədiklərindən dolayı dolanışıq, eləcə də müalicə və mənzil təminatı baxımından bir çox problemlə qarşı-qarşıya qalıblar.”

İşçilər aylar sonra ödənən maaşların onların problemlərini həll etməyə yetmədiyini deyirlər.

“Bir işçi agentliyə deyib ki, kombayn zavodu ödənişləri gecikdirir. İnflyasiyaya və qiymətlərin gündən günə bahalaşması səbəbindən pulumuzun dəyəri hər keçən gün azalır. Ona görə, aylarla gecikən maaşlar ödənildiyi zaman da dərdlərimizə dərman olmur,” İLNA agentliyinin saytında dərc edilib.

Forum

XS
SM
MD
LG