Accessibility links

Fəal İbrahim Asmani müvəqqəti azadlığa buraxılıb


İbrahim Asmani
İbrahim Asmani

Azərbaycanlı fəal İbrahim Asmani (Azəroğlu) Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq zaminə buraxılıb.

Bu barədə “Araz News” və “AZOH” Telegram kanalları məlumat yayıb.

Məlumata görə, Asmani oktyabrın 1-də 100 milyon tümən məbləğində girov müqabilində azad edilib. O, məhkəmə prosesinin yekun hökmünə qədər azadlıqda qalacaq.

Asmani sentyabr ayının 24-də Təbrizdə jurnalist və yazıçı Zöhrə Vəfayinin dəfn mərasimində iştirak etdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O, saxlanıldıqdan sonra Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilib və daha sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Həbsxanada ailəsinə etdiyi telefon zəngində Asmani dindirmə zamanı təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyünü və ayağından xəsarət aldığını bildirib.

Fəalın dəfn mərasimindəki həbsinin konkret səbəbləri ilə bağlı məlumat yayımlanmayıb. Həmçinin ona qarşı irəli sürülən ittihamlarla bağlı hələ heç bir məlumat yoxdur.

İbrahim Asmani bundan əvvəl də Urmiyə gölünün qurumasının nəticələrinə diqqət çəkmək üçün apardığı dinc fəaliyyəti ilə əlaqədar həbs edilmiş və məhkəmədə cərimə cəzası almışdı.

Forum

XS
SM
MD
LG