Accessibility links

Təbriz Universitetinin tələbəsi 2 semestr təhsildən uzaqlaşdırılıb


Təbriz Universiteti
Təbriz Universiteti

Təbriz Universitetinin siyasi elmlər fakültəsinin tələbəsi Sədəf Heydəri İranın keçmiş prezidenti İbrahim Rəisinin ölümünə dair sosial media hesabında şeir paylaşdığına görə iki semestrlik təhsildən uzaqlaşdırılıb.

Daha əvvəl bəzi mənbələrdə Heydərinin universitetdən qovulduğu barədə məlumatlar yayılmışdı. "Birləşmiş Tələbələr" Telegram kanalında yayımlanan xəbərə görə, İbrahim Rəisinin helikopter qəzası baş verən gün Heydəri İnstagram səhifəsində bir şeir paylaşdığı üçün universitet rəhbərliyi dərhal onu yataqxanadan çıxarıb və ailəsinə onun universitetdən xaric edildiyi xəbərini verib.

Paylaşılan şeirin məzmunu tam açıqlanmasa da, orada konkret bir şəxsin adının çəkilmədiyi bildirilir.

Universitetin mühafizə qüvvələri tələbənin müdafiə hüququnu təmin etmədən, paylaşımdan bir gün sonra onu yataqxanadan uzaqlaşdırıblar.

Sədəf Heydəri bir neçə dəfə izahat vermək üçün universitetin nizam-intizam komitəsinə çağırılıb.

Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsinin Dizmar meşələrində helikopter qəzası nəticəsində İbrahim Rəisinin ölümündən sonra bu hadisə ilə bağlı sosial media platformalarında paylaşım edən bir sıra ictimai və siyasi fəal və hətta sadə vətəndaşlar həbs edilib və barələrində məhkəmə işi açılıb.

Forum

XS
SM
MD
LG