Accessibility links

İran hökuməti Rəisinin ölümünə sevinənlərə sərt reaksiya verir


İranın İslamçı hökuməti prezident İbrahim Rəisinin bazar günü helikopter qəzasında ölümü ilə bağlı opponentlərinin sevinclərini boğmağa başlayıb.

Rəisi və digər yüksək vəzifəli məmurlar Azərbaycanla sərhədən səfərdən qayıdarkən, İranın Şərqi Azərbaycan vilayətində helikopterin pis hava şəraitində qəzaya uğraması nəticəsində həlak olub. İranın ali dini lideri Ayətullah Əli Xameneyi ölkədə beş günlük milli matəm elan edib.

Rəisi 1988-ci ildə siyasi məhbusların kütləvi şəkildə öldürülməsinə göstəriş verən prokuror roluna, 2022-ci ilin sonlarında ölkə daxilində baş verən və 2023-cü ilə qədər davam edən qadın haqları etiraz hərəkatını zorakılıqla yatırtmaq üçün prezident səlahiyyətlərindən istifadə etdiyinə görə İranın avtoritar İslamçı hökumətinin əleyhdarları tərəfindən tənqid edilib.

İranda yerləşən siyasi məhbusları və hüquq müdafiəçilərini müdafiə edən vəkillər qrupu "Dadban" çərşənbə axşamı X platformasında bildirib ki, təhlükəsizlik agentlikləri bir neçə vətəndaşdan Raisinin vəfatına sevinc məzmunlu kontentləri internetdən silmək göstərişləri alıb.

İranın kiber-polis rəhbəri bir gün əvvəl rəsmilərin "kiber-məkanı diqqətlə izlədikləri" barədə xəbərdarlıq edib və vətəndaşlara "təxribat xarakterli" məzmunları dərc etməməyi tövsiyə edib.

İslam Respublikasının daxilində və xaricində olan İran tənqidçiləri Rəisinin ölümündən sonra sosial medianı lağa qoyub, bəziləri helikopter və kotlet sözlərinin birləşməsindən ibarət, farsca "helikotlet" həştəqini yerləşdirib. Həmin tənqidçilərin çoxu 2020-ci ildə İranın yüksək səviyyəli komandiri Qasim Süleymaninin ABŞ-ın Bağdadda raket zərbəsi nəticəsində öldürülməsini "kotlet" olaraq, qeyd edib.

İranın sosial media istifadəçiləri həmçinin İranın müxtəlif bölgələrində Rəisinin ölümünə sevinən insanların bazar ertəsi şirniyyat və şokolad paylaşdıqlarını göstərən videolar yayımlayıb.

Amerikanın Səsinin fars teleaparıcısı Məsih Əlinejada göndərilən və onun sosial şəbəkədə yayımladığı videolardan birində üzü göstərilməyən bir qadın İranın naməlum bölgəsindəki ictimai parkda xəmirdən hazırlanmış şirniyyatı başqa bir qadına təklif etdiyini görmək olub.

2022-ci ilin sentyabrında ümummilli etirazlara qoşularkən Tehran təhlükəsizlik qüvvələri tərəfindən ölümcül yaralanan yeniyetmənin anası qəzada həlak olan Rəisiyə qarşı olduğunu daha açıq ifadə edib.

Bazar ertəsi Instagram-da yayımlanan videomüraciətdə Əbülfəzl Əmir Atainin anası Məryəm Rəisinin ölümünün "mənim və övladlarını öldürdüyünüz digər anaların ağrılarının nəticəsidir" deyib.

"Dadban"ın dediyinə görə, İran təhlükəsizlik məmurları Kərəc şəhərinin mərkəzi cəzaçəkmə müəssisəsinin 15-ci palatasında Rəisinin ölümünə sevinən siyasi məhbuslara qarşı da cəza tədbirləri görüb. Onları naməlum yerə köçürülüb.

İslam Respublikasının iranlı əleyhdarları Qərbin böyük şəhərlərində çox sayda ictimai bayram tədbirləri keçirib.

Forum

XS
SM
MD
LG