Accessibility links

Əmir Mehdipur: İran höküməti hicab məsələsində geri oturmaq istəmir


Əmir Mehdipur, hüquqşünas
Əmir Mehdipur, hüquqşünas

İranın müxtəlif şəhərlərində hicab qaydalarının tətbiqi çərçivəsində polisin qadınlara və hətta yeniyetmə qızlara qarşı zorakılıq halları olduqca artıb. Son vaxtlar, o cümlədən bir gənc qadın avtomobilində güllələnib və yeniyetmə qızların məmurlar tərəfindən döyüldüyünü göstərən görüntülər yayılıb.

Hüquqşünas Əmir Mehdipur Amerikanın Səsi ilə söhbətində hicab qaydaları ilə bağlı qadınlara qarşı zorakılığın qanuna zidd olduğunu bildirib. Ancaq, o, İran rəsmilərinin hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər götürüləcəyinə dair göstərişləri ilə zorakılıq hadisələrinin də qaçılmaz hala gəldiyini vurğulayıb.

Hüquqşünas Əmir Mehdipur Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:47 0:00

Təxminən 40 gün əvvəl Mazandaran vilayətində İran polis qüvvələrinin avtomobilinə atəş açması nəticəsində Arzu Bədri adlı gənc qadın yaralanıb və onurğa sütunundan zədə alıb. Arzu Bədrinin iki uşaq anası və əslən Ərdəbil vilayətinin Germi şəhərindən olduğu bildirilib. Gənc qadının güllələndiyi zaman hicab qaydalarının pozulduğuna görə həbs qoyulan nəqliyyat vasitələrinin siyahısında olan bir avtomobillə səyahət etdiyinə dair məlumat yayılıb.

Əmir Mehdipurun sözlərinə görə, “qanuna baxanda İranda silahlı qüvvələrin silahdan istifadə etmə durumları orada müəyyənləşdirilib. Xanım Arzu Bədri olayı o halların içində yerləşmir. Yəni, əgər maşın müsadirə siyahısında idi və ya hətta bunların dediyinə görə o, məmurun əlindən qaçmaq istəyirdi, yenə də məmurun silahdan istifadə etməyə icazəsi yox idi. Necə ki, xəbərlərdə də gəlib ki, Arzu Bədrinin maşınına atəş açan məmurun özü nəzarət altına alınıb.”

İran rəsmiləri Arzu Bədriyə atəş açan məmurun nəzarət altına alındığını bildirib, fəqət olayın hicab məsələsi ilə bağlı olmadığını irəli sürüblər. Ancaq, hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Bədri ailəsinin yaxınlarının göstərdiyi sənədlər avtomobilin hicab qaydalarının pozulmasına görə müsadirə / həbs siyahısında olduğunu təsdiqləyir.

Vəkilin fikrincə, hakimiyyətin hicab qaydalarının tətbiqi yönündə basqıları çoxaltması ilə bu növ hadisələrin baş verməsi də qaçılmaz olur.

“Hökümət bu hicab məsələsində geri oturmaq istəmir. Toplum da, qadınlar da buna qarşı dayanır və hökümətə deyir sən mənim nə geyib-geyməyəcəyimə qərar verə bilməzsən. Hakimiyyət də bundan qorxur ki, bu məsələ də bir miqdar geri otursa digər məsələlərdə də geri oturmağa məcbur qalar. Onun üçün basqıları çoxaldır. Basqılar çoxalınca təbii ki, bəzi yerlərdə bu növ hadisələr də baş verəcək,” deyə hüquqçu söyləyir.

O, basqıların ümumi şəkildə artırılmasından əlavə bəzi hallarda rəsmilərdən ölçülərin şiddətini artırmağa dair əmr gəldiyini deyir.

“Məsələnin bir tərəfi də budur ki, bəzən yuxarıdan əmr gəlir ki, şiddətlə ölçü götürün. Çünki, əsasən polis cavabdeh deyil. Polis, məhkəmə sistemi və o biri qüvvələrin hər biri bu repressiya sisteminin qollarıdırlar,” deyə Əmir Mehdipur əlavə edir.

Forum

XS
SM
MD
LG