Accessibility links

Təbrizli valideynlər 19 ay hüquqi mübarizədən sonra övladlarına şəxsiyyət vəsiqəsi ala bilib


Təbriz Qeydiyyat İdarəsi
Təbriz Qeydiyyat İdarəsi

Təbrizdə azərbaycanlı ailə 19 aylıq hüquqi mübarizədən sonra övladlarına şəxsiyyət vəsiqəsi ala bilib.

Hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydığı məlumata görə, Alpay adlı uşağın valideynləri əvvəlcə ona Volkan adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət ediblər. Lakin Təbriz Qeydiyyat İdarəsi bu adı "xarici" ad hesab edərək qeydiyyatdan keçirməkdən imtina edib.

Keçən il may ayında Volkan Azərmirad təxminən dörd aylıq ikən ailənin Təbrizin Ümumi və Hüquqi Məhkəməsinə müraciəti rədd edilib. Bu müddət ərzində, uşağın şəxsiyyət vəsiqəsi olmadan 1 yaş ad günü keçirilib.

Volkanın valideynləri qərardan narazı qalaraq Şərqi Azərbaycanın Apellyasiya Məhkəməsinə müraciət ediblər. Lakin ötən ilin iyul ayında həmin məhkəmə də əvvəlki qərarı qüvvədə saxlayıb və valideynlərin iddiasını yenidən rədd edib.

Uzun hüquqi mübarizədən sonra valideynlər övladlarının adını Alpay olaraq dəyişməyə məcbur olub və nəhayət bu adla şəxsiyyət vəsiqəsi ala biliblər.

Forum

XS
SM
MD
LG