Accessibility links

Şahin Xiyavlı: İranın məhkəmə sistemi adətən daxili və xarici böhran zamanı edamları artırır


Şahin Xiyavlı
Şahin Xiyavlı

Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətində keçən həftə İranın çox sayda məhkumu edam etməsi, eləcə də hicaba nəzarət qüvvələri tərəfindən qadınlar və yeniyetmə qızlara ağır basqıların tətbiq edilməsi haqqında danışıb.

Norveçdə yerləşən İran İnsan Haqları qrupu (IHR) çərşənbə günü Kərəc şəhərində qətl və qaçaqmalçılıq kimi cinayətlərlə əlaqəli 29 nəfərin edam edildiyini bildirib. Reuters agentliyinin xəbərinə görə, BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk bu edamların son dərəcə narahatlıq doğurduğunu ifadə edib.

Şahin Xiyavlı: İranın məhkəmə sistemi adətən daxili və xarici böhran zamanı edamları artırır
please wait

No media source currently available

0:00 0:11:56 0:00

Şahin Xiyavlı İranla İsrail arasında gərginliyin daha da arta biləcəyinə diqqət çəkərək böhran zamanı ölüm cəzalarının tətbiqinin İran məhkəmə sistemi tərəfindən artırıldığını vurğulayıb.

“İran hər zaman digər ölkələr və ya elə bu son zamanlarda İsraillə gərginliyin artdığı kimi durumlarda o basqıçı siyasətinin dozasını artırır. Sadəcə edamlar məsələsi deyil, qadlnlara qarşı təzyiqlər də artır. Yəni, ümumiyyətlə insan haqları pozuntuları bu böhran zamanlarında çoxalır. Bu son edamlar da elə birincisi bu böhrandan qaynaqlanır. Yəni, İsrail və ya hər hansı digər ölkə ilə gərginlik yaşandığı zamanlarda da içəridə iqtidarını itirmədiyini bir şəkildə orada yaşayan millətlərə göstərmək istəyir. Xüsusilə, bu edam olanların da böyük bir qismi etnik azlıqlardandır,” hüquq müdafiəçisi söyləyib.

Xiyavlının fikrincə, İran hakimiyyəti xarici siyasətdə böhranların yaşandığı zamanlarda içəridə qorxu atmosferi yaradaraq mümkün etirazların qarşısını almağa çalışır.

Onun sözlərinə görə, “zaman zaman hətta hakimiyyətin içində o radikallaşma prosesləri də fərqli şəkildə bu olaylarda əks oluna bilər. Yəni, iqtidar savaşı da edamların artmasında rol oynaya bilər. Bütün bu daxili və xairici böhranlar yarananda İran məhkəmə sistemi bu edamların sayısını çoxaldır. Eyni zamanda İran edamları bir anda artıraraq içəriyə mesaj verir ki, hər hansı mümkün hərəkətlilik olsa mənim qüdrətim var və insanları öldürə bilərəm, edam edə bilərəm. Həbslər və buna bənzər basqılar da artır.”

Şahin Xiyavlı müsahibədə həmçinin fevral ayının ilk həftəsində İran Azərbaycanı, eləcə də Əlburz, Tehran və Gilan vilayətlərində saxlanılaraq Tehranın Evin həbsxanasına göndərilən fəallardan bir neçəsinin hələ də mühakiməsiz həbsinin davam etməsi ilə bağlı danışıb.

“Xəbərlərdə göründüyünə görə İran məhkəmə sistemi bunu bir təhlükəsizlik dosyesi kimi ələ alıb. Zəmanət qarşılığında buraxılan fəalların da məhkəmə prosesi davam edir. Yəni, onlar da mühakimə olunub və uzun hökmlər ala bilərlər,” hüquq müdafiəçisi bildirib.

Xiyavlı əlavə edib ki, “baxdığımız zaman İranda hakim olan bu sistemdə ən demokratik höküməti gətirsən də elə dönüb millətlərə qarşı eyni siyasətləri yürüdəcək. Bunu da indidən danışmaqda yarar var ki, hətta Pezeşkianın gəlməsi ilə birlikdə, bəlkə bəlli qüvvələr tərəfindən türkləri Pezeşkianın qarşısında qoymaq üçün Azerbaycanda və digər etnik bölgələrdə həbslər arta bilərə. Yəni ki, İrandakı bu sistem köçmədiyi sürəcə bu vəziyyət davam edəcək.”

Forum

XS
SM
MD
LG