Accessibility links

Tehran həbsxanasında mühakiməsiz saxlanılan vəkil Tahir Nəqəvinin həbsindən 170 gün keçir


Tahir Nəqəvi, vəkil
Tahir Nəqəvi, vəkil

Fevral ayının ilk həftəsində Kərəc şəhərində həbs olunan vəkil və türk dil haqları müdafiəçisi Tahiq Nəqəvinin həbsi davam edir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, həbsindən təqribən 170 gün keçməsinə baxmayaraq, vəkilin vəziyyəti qeyri-müəyyən olaraq qalır.

“Nəqəvi təqribən 20 gün əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində özünü ‘nizama qarşı təbliğat’ və ‘milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq’ ittihamlarına qarşı müdafiə edib. Ancaq son vaxtlar həbsxananın məsullarının şikayəti ilə ona qarşı yeni iş açılıb,” mənbə bildirib.

Agentlik vəkilin “həbsxananın ümumi intizamını pozmaq və həbsxana məmurlarını təhqir edtmək” kimi yeni ittihamlarla üzləşdiyini bildirib.

“Yeni məhkəmə işində Nəqəvi o cümlədən həbsxananın ümumi intizamını pozmaq və həbsxana məmurlarını təhqir edtmək ittihamı ilə qarşılaşıb. Rza Əsədi adlı məmurlardan biri bir müddət əvvəl Nəqəvi ilə sözlü münaqişədən sonra onu döyüb və həbsxanasının karantin bölməsinə köçürülüb”.

Tahir Nəqəvi fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın türk fəallardan biri olub. Onların bir çoxu müvəqqəti azadlığa buraxılıb, ancaq bəzilərinin həbsi davam edir.

Kərəc şəhərində vəkil olaraq çalışan Nəqəvi eyni zamanda dil hüquqları və digər mədəni və siyasi sahələrdə fəaliyyət göstərib. Onun türk dilində təhsil və türkcəyə İranda rəsmi status verilməsinin zərurəti ilə bağlı yazdığı məqalələr internet səhifələrində dərc edilib.

Forum

XS
SM
MD
LG