Festivalın kommunikasiya meneceri Aygül Qurbanova bildirib ki, bu il festival ötən illərdən fərqli olaraq Bakı, Şəki, Lənkərandan əlavə Şabranda da keçirilib. Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.