Accessibility links

Salmasda Pezeşkianın seçki kampaniyasında fəal olan bir neçə şəxsin saxlanıldığı bildirilir


Süheyl Həbibi Köhnəşəhəri, siyasi fəal (Şəkil Instagramda yayılan videonun ekran görüntüsüdür.)
Süheyl Həbibi Köhnəşəhəri, siyasi fəal (Şəkil Instagramda yayılan videonun ekran görüntüsüdür.)

Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində prezident Məsud Pezeşkianın seçki kampaniyasında fəal olan bəzi şəxslərin nəzarət altına alındığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi saxlanılanlardan Süheyl Həbibi Köhnəşəhərinin adını yayıb. Salmas sakini siyasi fəal cümə günü axşam saatlarında şəhərin kəşfiyyat şöbəsinə çağırıldıqdan sonra saxlanılıb.

Amerikanın Səsinin bölgədən əldə etdiyi məlumatlara görə, Süheyl Həbibi təşviqat günlərində Məsud Pezeşkianın seçki qərargahında fəal olub və müxtəlif bölgələrdə təşkil olunan kampaniyalarda nitqlər söyləyib.

Bəzi mənbələr Salmasda Pezeşkianın seçki qərargahının sədri olan Məsud Hacəlilinin də nəzarət altına alındığına dair məlumat yayıblar. Hacəlili Salmas şəhər icra hakimiyyətinin sabiq başqanıdır.

Süheyl Həbibi və Məsud Hacəlilinin seçki kampaniyaları sırasında prezident seçkilərinin digər namizədi sərtxətt tərəfdarı Səid Cəlilini dəstəkləyən şəxslər ilə etdikləri mübahisələr səbəbilə təzyiqlərə məruz qaldıqları təxmin edilir.

Sosial şəbəkələrdə yayılan bəzi videolarda Məsud Hacəlilinin Səid Cəlilini dəstəkləyən “mollalara” qarşı sərt sözlər ifadə etdiyi eşidilir. Süheyl Həbibi Köhnəşəhərinin nitq söylədiyi bir videoda isə o, Səid Cəlilinin nüvə müzakirəçisi olduğu dönəmdə nüvə anlaşmasının əldə edilməsinə mane olaraq ölkəni yüzlər milyard dollar zərərə uğratdığını önə çəkir.

Forum

XS
SM
MD
LG