Accessibility links

Siyasi fəal Behzad Xudabəndəli Qoşaçay İnqilab Məhkəməsində hakim qarşısına çıxarılıb


Behzad Xudabəndəli Miyandab məhkəmə binasının önündə (Mənbə: Abbas Lisani Telegram kanalı)
Behzad Xudabəndəli Miyandab məhkəmə binasının önündə (Mənbə: Abbas Lisani Telegram kanalı)

Qərbi Azərbaycan vilayətinin cənubunda yerləşən Qoşaçay (Miyandab) şəhərində siyasi fəal Behzad Xudabəndəlinin məhkəmə iclası keçirilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənbələrin bildirdiyinə görə, çərşənbə günü hakim qarşısına çıxarılan milli fəal özünü ittihamlara qarşı müdafiə edib.

HRA agentliyinin bildirdiyinə görə, o, Miyandab İnqilab Məhkəməsində “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək”, “yalan məlumat yaymaq” və “ictimai rəydə təşviş yaratmaq” ittihamları ilə mühakimə olunur.

Behzad Xudabəndəli keçən mart ayında elektron çağırış vasitəsi ilə Miyandabın ümumi və inqilab prokurorluğuna çağırılmışdı.

Araz News xəbər saytının həmin vaxt yaydığı xəbərə görə, “türk fəal prokurorluğa müraciət etdikdən sonra nəzarət altına alınıb fəqət ittihamların oxunmasının ardınca zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldı.”

Qərbi Azərbaycan vilayətində Qoşaçay şəhərinin sakini Behzad Xudabəndəlinin evli və təqribən 35 yaşında olduğu bildirilib.

Forum

XS
SM
MD
LG