Accessibility links

Siyasi fəal Səyyad Məhəmmədiyan zaminə buraxılıb


Milli fəal Səyyad Məhəmmədiyan (Ovçu)
Milli fəal Səyyad Məhəmmədiyan (Ovçu)

İyunun 15-də siyasi fəal Səyyad Məhəmmədiyan müvəqqəti olaraq sərbəst buraxılıb.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, siyasi fəal Səyyad (Ovçu) Məhəmmədiyan 700 milyon tümənlik girov qarşılığında məhkəmənin yekun hökmünə qədər bu gün həbsdən azad edilib. O, bir ay müddətə Kərəc Kəşfiyyat İdarəsinin təcridxanasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Səyyad Məhəmmədiyan mayın 15-də Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və həbsdə olduğu bir ay ərzində vəkilə çatım hüququndan məhrum edilib.

Bu azərbaycanlı fəalın həbsindən sonra təhlükəsizlik qüvvələri onun həyat yoldaşı Rübab Quluzadəni çağıraraq hədələyiblər.

Təhlükəsizlik qüvvələri onu həbs edərkən şəxsi əşyalarını, o cümlədən kompüterini müsadirə ediblər.

Məhəmmədiyan əslən Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərindəndir və Əlburz vilayətinin Yengi İmam kəndində yaşayır.

Ötən illərdə bu türk fəal İrandakı azərbaycanlıların dil və mədəni hüquqları ilə bağlı dinc fəaliyyətinə görə, dəfələrlə təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalıb.

Forum

XS
SM
MD
LG