Accessibility links

Kərəcdə milli fəal Səyyad Məhəmmədiyan kəşfiyyat idarəsində dindirilib


Milli fəal Səyyad Məhəmmədiyan (Ovçu)
Milli fəal Səyyad Məhəmmədiyan (Ovçu)

İranın Əlburz vilayətinin mərkəzi olan Kərəc şəhərində yaşayan milli fəal Səyyad Məhəmmədiyan (Ovçu) təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb və saatlarla dindirilib və təhdid edilib.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) yaydığı məlumata görə, milli fəal bazar ertəsi yanvarın 29-da təhlükəsizlik qüvvələri tərəfindən telefon əlaqəsi vasitəsilə çağırılıb və Kərəc Kəşfiyyat İdarəsinə gedəndən sonra 3 saat müddətinə təcridxanada sorğu-suala çəkilib.

Ovçu adı ilə də tanınan Səyyad Məhəmmədiyan əslən Qərbi Azərbaycan vilayətində yerləşən Qoşaçay (Miyandab) şəhəri və Əlburz vilayətinin Yengi İmam kəndindən olan güneyli milli fəallardan biridir.

Onun dinc fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək dindirildiyi bildirilir.

Forum

XS
SM
MD
LG