Accessibility links

ABŞ-ın Enerji Resursları Bürosunun nümayəndəsi Azərbaycandadır


ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian və Azərbaycan energetika naziri Pərviz Şahbazov (Foto :ABŞ səfirliyi)
ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian və Azərbaycan energetika naziri Pərviz Şahbazov (Foto :ABŞ səfirliyi)

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian iyunun 2-6-da Bakı eneji həftəsi çərçivəsində Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, iyunun 4-də Kemian Azərbaycan energetika naziri Pərviz Şahbazovla görüşüb.

Məlumatda deyilir ki, Energetika naziri Şahbazovla görüşdə baş məsləhətçi Kamian Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd edib.

“Azərbaycanı təmiz enerji və metanın azaldılmasına artan diqqətinə və öhdəliyinə görə təqdir edib və noyabr ayında Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-nin dəstəyini vurğulayıb” məlumatda deyilir.

İyunun 4-də Bakı Enerji Həftəsi açılıb. İyunun 6-dək davam edəcək Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu kimi üç ayrı layihəni ehtiva edir.

Forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edir.

Prezident İlham Əliyev enerji həftəsinin açılış mərasimində bildirib ki, ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib.

“Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq”.

Forum

XS
SM
MD
LG