Accessibility links

Qubad İbadoğlu mülki klinikada müayinədən keçib


Qubad İbadoğlu
Qubad İbadoğlu

Mülki xəstəxanada müyinələrdən sonra həkimlər Qubad İbadoğlu barədə müalicə ilə yanaşı, bir müddət sakit, qeyri-əsəbi mühitdə dincəlməyi tövsiyə edib.

Bu barədə aprelin 22-də barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilmiş Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, müayinə və analizlərin ilkin nəticələri içərisində ürəkaçanları da, narahatlıq yaradanları da var.

“Qaraciyər, dalaq və böyrəklərdə ciddi problemlər yoxdur, mütəmadı xolestrin əleyhinə dərman qəbul etdiyindən ümumi xolesterini normaldır. Qaraciyərin ölçülərində böyümə var, o da inşallah müalicə ilə keçəcək. Bizi ən çox narahat edən ürək oldu. Yadınızdadırsa, əvvəllər bir neçə dəfə yazmışdım ki, Qubad müəllim həbs olunmamışdan öncə Londonda keçdiyi müayinələrin nəticələrinə görə, ürəyində aortanın kökünün diametri 37 millimetr olub. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin qərarı ilə ötən ilin oktyabrında qardaşımın döş qəfəsini Mərkəzi Klinik Xəstəxanada komputer tamoqrafiyasından keçirmişdilər və nəticədə yazmışdılar ki, ürəkdə aortann anevrizaması yoxdur, mülayim genişlənmə var, çünki aortanın kökü 44 millimetr, qalxan aorta isə 41 millimetrdir. Dünənki tamoqrafiyanın nəticələrinə görə isə, həm aortanın kökündə, həm də qalxan hissəsində damarın diametri 50 millimetrdir. Tibbi göstərişlərə görə, böyümə 52 millimetri ötərsə, cərrahi müdaxilə tələb olunur. Bu xəstəlikdə reqres (bərpa, geri dönüş) yoxdur, ona görə də tibbi tədbirlər zamanı məqsəd proqresin qarşısını almaqdır. Belə görünür ki, təcridxanada olduğu müddətdə ya aparılan müayinələrin nəticələri həqiqəti əks etdirməyib, ya da yüksək qan təzyiqi və stres səbəbindən aorta sürətlə genişlənib”, o qeyd edib.

Qalib Toğrulun dediyinə görə, qardaşında digər əsas problem şəkərli diabetlə bağlıdır.

“Dünənki qan analizlərinə görə, aclıq qlükozası (qanda) 164.2 mg/dl, qlikohemoqlabin (3 aylıq orta şəkər) 9% (240 mg/dl) oldu. Hər iki göstərici kifayət qədər yüksəkdir. Ümid edirik ki, gəzinti, təmiz hava və stresdən uzaq sakit mühit hesabına şəkəri tezliklə normallaşdıra biləcəyik. Şəkərin yüksək olması səbəbindən həkimlər ayaq dırnağındakı qaralma ilə bağlı hər hansı müdaxiləni məqbul hesab etmədilər, hələki müşahidə altında saxlamağa qərar verdilər”, Toğrul bildirib.

O deyib ki, Qubad İbadoğlunun qalxanabənzər vəzindəki düyünün müayinəsinin nəticəsinə görə diametri 3.3 millimetr ölçüdə düyün izlənilir.

“Bu nəticənin sadə şəkildə açması belədir ki, düyün toxumalarının qan təchizatı güclüdür (düyünün böyümək ehtimalı var), kalsinatlar endokrin xəstəliklərdən əziyyət çəkənlərdə olur və adətən, hər hansı simptom, ağrı vermədən inkişaf edir, sonda ciddi hormonal pozuntilara səbəb olur. Hələki, qan analizlərinə görə, hormonlarda kənarlaşma yoxdur. Ancaq düyünün bədxassəli və ya xoşxassəli olmasını müəyyənləşdirmək üçün biopsiya məsləhət görülür. Və nəhayət, prostat vəzinin ölçüləri artıb. Maraqlıdır ki, qardaşım təcridxanda prostatla bağlı 2 kurs müalicə (“Tamsulosin”) alsa da, böyümə dayanmayıb. Güman edirik ki, bu hərəkətsizliyin nəticəsidir, müntəzəm gəzintilərdən sonra təbii şəkildə aradan qalxacaq”, o qeyd edib.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Aprelin 22-də isə məhkəmə həbs qətimkan tədbirni ev dutsqlığı tədbiri ilə əvəz edib.

Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG