Accessibility links

Həmədanlı tələbə Şahab Bayat azadlığa buraxılıb


Şahab Bayat
Şahab Bayat

Siyasi məhbus Şahab Bayat aprelin 18-də şərti olaraq, Həmədan həbsxanasından azad edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Həmədan vilayətinin Apellyasiya Məhkəməsi Bayatın şərti azadlığa buraxılması tələbi ilə razılaşdıqdan sonra o, azadlığa buraxılıb.

Şahab Bayat yanvarın 29-da həbs edilib və 6 aylıq həbs cəzasının tətbiq edilməsi üçün Həmədan həbsxanasına köçürülüb. O, bir gün əvvəl telefonla məhkəməyə çağırılmışdı.

Ötən il mayın 24-də məhkəməyə çağırılan Bayat ittihamlarla bağlı məlumatlandırılıb və məhkəmənin yekun qərarına qədər 300 milyon tümən girov müqabilində sərbəst buraxılıb.

Daha sonra o, oktyabr ayında Həmədan İnqilab Məhkəməsində “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamından təqsirkar bilinərək, 6 ay həbs cəzasına məhkum edilmişdi.

O, 2022-ci il oktyabrın 31-də ölkədə keçirilən kütləvi etirazlar zamanı həbs edilmişdi. Bayat Həmədanın Azad Universitetində Şəhərsalma ixtisası üzrə təhsil alır.

Forum

XS
SM
MD
LG