Accessibility links

Apellyasiya Məhkəməsi Həmədan sakini Şahab ​​Bayatın həbs cəzasını qüvvədə saxlayıb


Həmədanlı tələbə Şahab Bayat
Həmədanlı tələbə Şahab Bayat

Həmədan vilayətinin Apellyasiya Məhkəməsinin 2 saylı şöbəsi həmədanlı tələbə Şahab Bayatın 6 aylıq həbs cəzasını qüvvədə saxlayıb.

Bununla bağlı HRA xəbər agentliyi və hüquq müdafiə təşkilat AHRAZ məlumat yayıb.

Yayımlanan məlumata görə, Şahab Bayat ötən ilin oktyabrında Həmədan İnqilab Məhkəməsində “rejimə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib. Bu ittiham ona qarşı kiberməkanda məzmunun paylaşmadan ötrü irəli sürülüb.

O, ötən il mayın 24-də məhkəməyə çağırılıb və ona ittihamla bağlı məlumat verilib. O, məhkəmənin yekun qərarına qədər 300 milyon tümən girov müqabilində zaminə buraxılmışdı.

Bayat daha əvvəl 2022-ci il dekabrın 14-də Həmədan İnqilab Məhkəməsində 3 aylıq həbs cəzası alıb. Həmin hökmə əsasən ilkin məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum etsə də, Apellyasiya Məhkəməsində cəzanın 2 il 9 ayı şərti edilib. Məhkəmə qərarı onun 2022-ci il oktyabrın 31-də ölkədə keçirilən kütləvi etirazlar zamanı həbs olunması ilə bağlı verilib.

Şahab Bayat 2023-cü ilin fevralında həbs cəzasını başa vurduqdan sonra Həmədan həbsxanasından azad edilmişdi.

Həmədanın Azad Universitetində Şəhərsalma ixtisası üzrə təhsil alan 28 yaşlı Bayat haqqında yeni hökmün Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənməsi və qüvvədə saxlanılması şərti olaraq iki il 9 aylı həbs cəzasının aktivləşdirilməsi və icra ediləcəyi deməkdir. Beləliklə, Bayat 3 il 3 ay müddətində azadlıqdan məhrum edilib.

Forum

XS
SM
MD
LG